Sxadadzedən qələbə şərhi
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Misli Premyer Liqasının XXXII turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Yaxşı oynadıq, ilk hissədə sonluq çatmadı. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin tez reaksiya verdik və iki qol vurduq. Oyunun nəticəsinin turnir cədvəli baxımından əhəmiyyəti yox idi. Amma meydanda pozitiv məqamlar var idi.
– Hansı pozitiv məqamlar?
– Yaxşı oyun, futbolçuların mübarizəsi, vurulan qollar… bunlar müsbət şeylərdir.
– Pley-offda rəqibimiz böyük ehtimalla “Səbail” olacaq…
– Bütün komandalara hörmətlə yanaşırıq. Potensial rəqiblərimizə baxırıq. Futbolçular ilk növbədə növbəti oyunu düşünürlər.
Şahin Cəfərov
Baxış sayı:128
Bu xəbər 15 May 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















