Icma.az
close
up
RU
Tacikistan parlamentinin yuxarı palatası KONKRET

Tacikistan parlamentinin yuxarı palatası KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Tacikistan parlamentinin yuxarı palatası – Milli Məclis falçı və cadugərlərin xidmətlərindən istifadəyə görə inzibati cərimələrin tətbiqini təsdiqləyib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, “AzadlıqRadiosu”nun tacik xidmətinin məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, falçı və cadugərlərin yanına müraciət edən şəxslər 3 min 750 manatdan 4 min 500 somoniyə qədər (təxminən 486 ABŞ dolları) cərimələnəcək.

Milli Məclisin üzvü Məhmədəli Vətənzodanın sözlərinə görə, bu dəyişikliklərin əsas məqsədi ölkədə ekstremist ideologiyanın yayılmasının qarşısını almaq, eləcə də cəmiyyət arasında xurafatçılığın artmasını önləməkdir. Deputat bildirib ki, falçılıq və cadugərlik fəaliyyəti müxtəlif hallarda insanların aldadılmasına, dini və sosial radikal meyillərin güclənməsinə zəmin yaradır.

Tacikistanda son illər qeyri-rəsmi dini praktikalar və xurafat xarakterli fəaliyyətlərlə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunur.

Qeyd edək ki, Azərbaycanda falçı və cadugərlərin xidmətindən istifadə edən vətəndaşlara qarşı birbaşa cərimə və ya inzibati məsuliyyət nəzərdə tutulmur. Mövcud qanunvericiliyə əsasən, məsuliyyət əsasən falçılıq fəaliyyəti ilə qazanc əldə edən, qanunsuz sahibkarlıqla məşğul olan və ya dələduzluq edən şəxslərə şamil olunur. Yalnız bu fəaliyyət aldadılma, maddi zərər, psixoloji təzyiq və ya digər hüquqpozmalara səbəb olduqda, falçılar İnzibati Xətalar və ya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırıla bilər. Azərbaycanda bu sahədə yanaşma vətəndaşın deyil, qanunsuz fəaliyyəti həyata keçirən tərəfin məsuliyyət daşıması prinsipinə əsaslanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Dekabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri