Icma.az
close
up
RU
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”

Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün bundan əvvəl Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov qonaq olduğu verilişlərin birində müğənni Vəfa Şərifova haqda müzakirə yaradan açıqlama verib. Şərifovanın müəllimi bildirib ki, ifaçı hətta ariya da oxuya bilər, bunun üçün cəmi 2 ay hazırlıq kifayətdir. Bu fikirlər isə sosial şəbəkələrdə xeyli səs-küyə səbəb olub və qeyri-ciddi qarşılanıb.


Görəsən, həqiqətən Vəfa Şərifovanın səsi ariya oxumağa imkan verirmi?


Yenisabah.az məsələ ilə bağlı müğənni Tacir Şahmalıoğluna sual ünvanlayıb. 7 il V.Şərifovaya müəllimlik edən ifaçının cavabı isə belə olub:


“Hərənin öz fikri var. Hər kəs bu məsələdə azaddır. Kiməsə deyə bilmərəm ki, kim kimə nə öyrədir, niyə öyrədir? Mənim İntiqam müəllimə heç bir iddiam, kin-küdurətim yoxdur. Bir azərbaycanlı balası kimi ona hörmət edirəm. Hazırda qarşılaşsaq, salam verib keçərəm. Onu heç vaxt təhqir etməmişəm, etmərəm də. Sadəcə olaraq, efirdə fikrimi demişəm. Mənim nəyimə gərək kim-kimə ariya öyrədir?”


Müğənni bildirib ki, vaxtilə tələbəsi olan Vəfa Şərifova ilə aralarında düşmənçilik yoxdur:


“Vəfa xanıma öz fikrimi bildirmişəm. Demişəm ki, bu 7 il ərzində müəllimi kimi, insan kimi heç vaxt mənə zəng edib deməyib ki, sizi düşünüb zəng etdim, bir ustad kimi əziyyətinizi halal edin, təşəkkür edirəm və s. Halal xoşu olsun. Qazancı göz qabağındadır. Çoxundan da yaxşı qazanır. İntiqam müəllimə məndən nə isə deyiblərmi bilmirəm. Ancaq onu bilirəm ki, İntiqam müəllim Vəfaya ariya belə öyrətsə, yenə nəticə eyni olacaq. Ona da Allahın "sağ ol"unu deməyəcək. Necə ki, mənə deməyib.Vəfa ilə heç bir düşmənçiliyim yoxdur. Ola da bilməz. Qarşılaşsaq ona da salam verərəm. O, evimin qızıdır. Sadəcə bu gün Vəfanın başını pul qarışdırıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see290

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see213

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see122

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see119

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see118

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see117

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see117

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see116

Daha bir sual abituriyentlərin xeyrinə hesablanacaq DİM qərar verdi

05 İyun 2025 19:42see116

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see116

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see115

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see115

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see114

Romalıların sabiq çalışdırıcısı Turin klubunda RƏSMİ

05 İyun 2025 19:17see112

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

05 İyun 2025 23:17see112

“Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinə start verilib

05 İyun 2025 19:03see112

İnfeksionist: A qrip virusları yüksək mutasiya qabiliyyətinə malikdir...

05 İyun 2025 14:35see112

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see111

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see111

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri