Icma.az
close
up
RU
“Tacsız virus” (Əli Kərimlinin 60 illik yubileyi münasibətilə)

“Tacsız virus” (Əli Kərimlinin 60 illik yubileyi münasibətilə)

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Əbülfəz Elçibəyin nəşinin Azərbaycana gətirilmə səhnəsini yəqin çoxları xatırlayır. Səhv etmirəmsə, ANS verirdi reportajı. Hava limanından. Gözləmə otağından.
....Kütlə içində hər zaman olduğu kimi yenə ön plana çıxmağı bacaran oğlanın - Əli Kərimlinin divara qısılıb dayanması, kövrək və köməksiz baxışlarla baxması, sanki ən əziz adamını itiribmiş kimi davranması da çox güman diqqətli oxucuların yadındadır.
O ağlayırdı...
Elçibəy haqda diskin tapılmayan vaxtında iftira dolu disklər yazdıran, həmin diskləri çoxaldan, tirajlayan + onları (indi insan hüquq və azadlıqları barədə yekə-yekə danışan) Xədicə vasitəsilə yaydıran və beləcə...bir tək lideri deyil, həm də müəllimi və mənəvi atası olmuş insana kürəyindən bıçaq saplayan adam başqasının deyil, elə məhz həmin Elçibəyin ölümünə ağlayırdı...
***
Əli Kərimlini ilk dəfə yaxından isə 2003-cü il, Prezident seçkiləri ərəfəsində, AzTV-nin studiyasında görmüşəm. 30 nəfər mühafizəçi ilə bərabər. Ağır-ağır, özünə vurğun şəkildə gəldi. Kimsəyə Allahın salamını da vermədi və sonra yön aldı, 2000-də baş verən məlum proseslərdən sonra qılıncının altından keçməyə məcbur qaldığı Etibar Məmmədovun yanına. Nəsə söhbətləşdilər. Sonra efirə girdi. Xalqdan səs istədi. 10 gün sonra da kəbin kağızına bənzər anlaşmaya əsasən özu öz əli ilə öz səsini başqasına verdi.
***
Əli Kərimli müxalifətin Kopperfildidir. O siyasətçi olmasa da mükəmməl gözbağlayıcıdır. Yaxından tanıyanlar deyir, adamın gipnoz qabiliyyəti o qədər güclü ki, 10 dəqiqəlik çıxışdan sonra bütün ətrafındakıları müvəqqəti də olsa nazir, komitə sədri, deputat eləməyi bacarır. Və...bu faydasız, uğursuz eyforiya kiminsə telefonuna: "Evə qayıdanda 2 çörək, 6 yumurta, 4 dəstə keşniş, 3 kiloqram kartof al" - mesajı gələnə qədər davam edir. Beləcə bütün ilğımlar itir. İlmələr sökülür. Nazir "hava"sı alınır. Qızıl balığın nağılı bitir. Qayıdılır, AXCP adlı "bermud üçbucağının" həndəvərinə.
Əli Kərimlinin siyasətdəki səsi və ahəngi bizim vaxtımızda uşaqların qamışdan düzəltdiyi tütəyin avazına bənzəyir. Cır. Kövrək. Əldəqayırma.
Əli Kərimli 27 yaşın nostalgiyasından bir türlü çıxa bilmir. O 21-ci əsri görməyib, həmin əsrə adlamayıb. O, Braziliyadan sonra dünya çempionu tanımır. O, sədərək ticarət mərkəzinə hələ də "aeroport" deyir. O, latınca yazsa da KİRilcə düşünür. O, keçmiş məhəllə oyunlarından yalnız "ORTADA QALDI"nı yaxşı mənimsəyib, əxz edib...
Əli Kərimli öz müavinlərinin və tərəfdaşlarının gözündə günəşi çeçələ barmağı ilə sağa-sola fırlamağı, çatma qaşları ilə küləyin sürətini tənzimləməyi, divarda düz gəzməyi, tük yandırıb cin çağırmağı bacaran personajdır, hətta "Mister Fix"dir, "Hörümçək adam"dır. Əslində və reallıqda isə Tıq-tıq xanımın şəninə qısa qol köynəklə tar çalan siçan bəydən ötəsi deyil...
Əli Kərimlidə komanda ruhu yoxdur. O bir ələ oynamağı bacarmır. O, yoldaşı boş və yüz faizlik qol vəziyyətində ikən yenə ötürmə etmir, qapıya doğru həmişə qısqanc hücumçulartək özü tək gedir.
Onun eqosu məğlubiyyətini şərtləndirən əsas amildir. Onun təkəbbürü qartmaq bağlayıb. Hisslərinin üzərində. Bu səbəbdən görmür, duymur, eşitmir. Nə zərurəti, nə ədaləti, nə də ona təmənnasız xidmət edən əqidə dostlarını. Zatən görsəydi İbrahim Vəliyev, Fuad Mustafayev kimi sadiq insanlar ondan uzaq və küskün düşməzdi. Üstəlik, bu gün Seymurların, restoran kabinetlərində ad çıxaran və "homo sapiens" tipinə fotoşopdan sonra da yaxın dura bilməyən Qənimətlərin ümidinə qalmazdı.
Əli Kərimli, öz oyununa alət etdiyi, xüsusi təlimatla Gürcüstana göndərdiyi Ruslan Bəşirlinin 6 il, 7 aylıq həbsini təriflə, azadlığını isə təhqirlə qarşılayan bir "lider"dir. Nə var-nə var, əfv ərizəsi yazıb deyə. Artıq AXCP üzvü deyil deyə. Bundan belə onun əmrlərinə tabe olmayacaq deyə. Əli Kərimlinin "sağ ol"u, təşəkkürü, minnətdarlığı bax budur. Onun dost və tərəfdaşı qorumaq üsulu belədir. Oysa, siyasət adamdan bəzən...həm də vəfa borcuna, Tanrı qorxusuna sığınmağı istər. Vicdanlı olmağı deyil, sadəcə vicdansız olmamağı istər. Əl tutulacaq yerdə sadəcə ayaq basdalamamağı istər.
Əli Kərimli bütün mövcud problemlərə nərdivan gözü ilə baxır. Üzərinə çıxıb boylanmaq və yekə görünmək üçün. Həmin problemlərin fonunda öz populizminə yeni nəfəs vermək üçün. Ona görə yırtıcı siyasətə bu qədər meyllidir. Ona görə qan çıxmayan yerdən filiz çıxarmağı bacarır. Ona görə qanun pozanlar, həbs edilənlər, lələkli radikallar başının tacıdır.
Əli Kərimli virusdur. Sadəcə tacsız virus. Və şükür, epidemiya halına keçməyib. 30 ildir, seçkidən-seçkiyə ressidiv forma alır, sonra dayanır. O, insanları hava-damcı yolu ilə deyil, internet üzərindən yoluxdurur. Etiologiyası, mənşəyi tibb elminə hələ məlum deyil. Peyvəndi yoxdur. Müalicəsində əsasən göbələk əleyhinə dərmanlardan istifadə olunur. İlkin əlaməti qaşınmadır. Amma...əgər bədəndə radikalizmə, səviyyəsizliyə, nadanlığa qarşı antitel varsa, siyasi immunitet formalaşıbsa, o zaman qətiyyən qorxmağa və narahat olmağa dəyməz. Demək ki, siz bu bəladan bir ömür boyunca uzaq olacaqsınız...
***
Kərimli bir dəfə hansısa məclisdə deyibmiş ki, gün gələcək Azərbaycanın Mandelası kimi hansısa filmdə mənim obrazım canlanacaq. Qaraguruh da bu fikri ayaq üstə alqışlayıbmış.
Oysa, eşit bəy. Gör nə deyirəm. Səni ən yaxşı halda canlandırsalar - inan, o da ən yaxşı halda - Mandelanın bağındakı Mandarin obrazında canlandırarlar.
Vəssalam. Bundan artığına ümid eləmə.
Elşən Musayev, Milli Məclisin deputatı
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri