Tahir Baxşıyev: “İrlandiyanı məğlub etmək üçün gücümüz var”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsində İrlandiyanı məğlub etmək üçün gücü var.
İdman.Biz xəbər verir ki, bunu millinin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Baş məşqçi əsas diqqətin İrlandiya ilə ilk qarşılaşmaya yönəldiyini vurğulayıb.
“Əsas diqqətimiz İrlandiya ilə matça yönəlib. Rəqibin oyunlarını təhlil etmişik. Milliləşdirilmiş oyunçumuz da birbaşa orada komandaya qoşulacaq. Orada da iki məşqimiz olacaq. İnanırıq ki, gücümüz var. Əgər yaxşı mübarizə aparsaq, səfərdən qalib qayıdacağıq, - o, bildirib.
Mütəxəssis hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, basketbolçuların durumunun yaxşı olduğunu söyləyib.
“Vaxtımız azdır. Uşaqların vəziyyəti normaldır, yaxşı məşqlər keçmişik. Heyətdə yalnız Əkbər Məmmədov və İsmayıl Abdullayev zədə səbəbindən bizə kömək edə bilməyəcəklər. Digər oyunçularla bağlı hər şey qaydasındadır. Bilirik ki, İrlandiya ilə oyun çətin keçəcək. Onlar da bizim kimi iki məğlubiyyətlə başlayıb. Bundan əlavə, öz meydanlarında oynayacaqlar. İndidən heç nə deyə bilmərəm. Qarşıda 4 oyun var. Lüksemburqun öz meydanında necə oynayacağını bilmirik. Biz öz oyunlarımız barədə düşünməliyik”, - Baxşıyev qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti matçlarını fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya yığmasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 24 Fevral 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















