Icma.az
close
up
RU
Tahir Gözəl: Qarabağ Avropanın orta səviyyəli klubları arasındadır

Tahir Gözəl: Qarabağ Avropanın orta səviyyəli klubları arasındadır

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub. Doğma meydanda "Kəpəz"i qəbul edən çempion "Qarabağ" 3 cavabsız qolla qalib gəlib.

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

"Çox sevincliyəm, "Qarabağ" sevərləri təbrik edirəm. 12-ci dəfədir ki, çempion oluruq. Böyük uğurdur. Üç dəfə daha olsaq, üç ulduzu qazanmaq istəyirik. Çox gözəl çempionat keçdi. Gələn il liqada komanda sayı daha da artacaq. "Karvan", "Qəbələ" və "İmişli" də liqaya qoşulur. İldən-ilə bizdə futbol keyfiyyəti düzəlir, yüksəlir. Möhtəşəm axşam idi. "Qarabağ"ı təbrik edirəm. Burada əla ab-hava yaratdılar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. "Qarabağ" sevərləri, Azərbaycanı sevindirdik. Allah qoysa, artıq Avropada yola davam edəcəyik".

- Hədəflər yəqin ki, dəyişməyib?

- Bəli, hədəflər dəyişməyib. UEFA-dan verdiyi qərardan asılıdır ki, biz ÇL-ə 2-ci təsnifat mərhələsindən başlayırıq, yoxa 1-ci mərhələdən. Amma ora gəlməyin özü də, elə "Qarabağ"ın artıq futbol səviyyəsini göstərir. "Qarabağ" 32 min xalla hardasa Avropanın orta səviyyəli klubları arasındadır. Bu, hamımız üçün qürur mənbəyidir.Əlbəttə ki, biz hamımız daha da inkişaf etməyə çalışacağıq. 

- Qarşıda "Qarabağ"ı ölkə kubokunda da oyun gözləyir. "Qızıl dubl" gözləyirsiz?

- Əlbəttə ki, bunun üçün çalışacağıq. "Sabah" rəqibimizdir, güclü klubdur. Mənim "Sabah"a xüsusi ehtiramım var. Futbolun kökündən gələn insanlardır orada.Hər iki kluba da uğurlar arzulayıram, hər ikisi də bizimdir, hər ikisi də layiqdir.

- "Zirə" və "Turan Tovuz" finalda sizə azarkeşlik edir. Çünki siz qalib gəlsəz, "Turan Tovuz" avrokuboklara gedəcək, "Zirə" isə Avropa Liqasına yollanacaq...

- Doğrudur. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdur, o da mənim canımdır, bizə yaxındır. Hamısına uğurlar arzulayıram, hamısı bizim övladlarımızdır, hamısı bizim klublarımızdır. 

- Beş ildən sonra Konfrans Liqasının kubokunu Azərbaycana gətirmək fikrinə necə baxırsız?

- İnşAllah. Qismət olsun. Elə ona görə işləməliyik. Mənə əsas nə ümid verir? Cavan oyunçularımızın oyuna çıxması. Bu gün Hikmət Cəbrayılzadəni, Amin Rzayevi görmək məni çox sevindirir. Cavanlarımız gəlsin. Hamısı altyapıdan gəlməli uşaqlardır. Gələcəyimiz cavanlardır. İnşallah onlar gətirəcək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 May 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri