Icma.az
close
up
RU
Tahir Kərimli: “Deputat olanda da özümü kasıbların nümayəndəsi adlandırırdım” MÜSAHİBƏ

Tahir Kərimli: “Deputat olanda da özümü kasıbların nümayəndəsi adlandırırdım” MÜSAHİBƏ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Uzun müddətdir partiya sədrliyindən getməyi düşünürəm”. 

Bu sözləri Vəhdət Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Tahir Kərimli “Cümhuriyət”-ə müsahibəsində deyib. 

“Cebheinfo.az” müsahibəni təqdim edir:

-Tahir bəy, deputat olduğunuz dönəmdə Milli Məclisdə xüsusilə sosial məsələlərlə bağlı daha çox təklif verirdiniz. Yəni xalqın sözünü deyən millət vəkillərindən biri idiniz. İndi parlamentdən kənarda partiya sədri kimi sosial məsələlərlə bağlı hansı təklifləriniz var?

-Mətbuata açıqlamalarımda yenə də sosial məsələlərlə bağlı təkliflər verirəm. Lakin əlbəttə ki, parlament tribunasının başqa bir əhəmiyyəti var idi. Çünki rəsmi tribuna idi, hökumət qaldırdığın məsələlərə cavab verirdi. İndi isə təkliflərim o effekti vermir. Amma yenə də təkliflər verməyə davam edirəm. 
Məsələn, zamanında təklif etdiyim və hələ də həll olunmayan problemlər var. 

Onları yenə də səsləndirirəm. Buraya ilk növbədə “uşaqpulu”nun verilməsi daxildir. Parlamentdə bunu hansı mənbələr hesabına vermək olduğunu da əsaslandırmışdım. Həmçinin, əlillərə, qazilərə verilən müavinətin artırılmasını təklif edirəm. Eyni zamanda, əməkhaqqı və pensiyalar artırılmalı, eləcə də yeni iş yerləri açılmalıdır. 

Bundan başqa, pensiya yaşı aşağı salınmalıdır. Hazırda regionda Azərbaycandan yüksək pensiya yaşı yoxdur. Bu isə doğru deyil. Digər sosial məsələlərlə bağlı təkliflərim olur. Həll olunan təkliflərim də var. Bəzən müəyyən qədər yol çəkilişinə və ya hansısa vəsaitin artırılmasına nail olmuşuq. Ancaq təbii ki, xalqımız qarşısında yenə də borcluyuq.

“Mən şəhid dayısı, qazi atasıyam”

-Siz sosial şəbəkələrdə çox aktiv olan siyasətçilərdən birisiniz. Xüsusilə paylaşdığınız videolar maraqla qarşılanır. Sanki insanların çıxışlarınıza və paylaşımlarınıza simpatiyası var. Bu qədər sevilməyin səbəbini nədə görürsünüz?

-Birincisi, dediyin söz səmimi olmalı və insanlar sənə inanmalıdır. Məsələn, mən zamanında hakimiyyəti nə üçün Ermənistanla müharibəyə başlamadığımıza görə ittiham edirdim. Lakin kimsə mənə deyə bilərdi ki, özün övladlarını gizlədib nə müharibə istəyirsən? Amma mənə bu sözləri deyə bilmədilər. Çünki mən şəhid dayısıyam, qazi atasıyam. Üstəlik, korrupsioner də olmamışam. 

İnsan təmiz olanda dedikləri simpatiya ilə qarşılanır. Mən parlamentdə olanda da özümü kasıbların nümayəndəsi adlandırırdım. Hər zaman da ona sadiq qaldım və Milli Məclisdə ancaq xalqın mənafeyini müdafiə etdim. Mən xalq hərəkatının içərisində məhkəmə sədri olan yeganə şəxs idim. Yəni vəzifəni, var-dövləti xalqın uğrunda qurban etdim. Hətta Qorbaçovun dönəmində haqqımda ölüm hökmü verildi, nəslim ölüm təhlükəsi ilə üz-üzə qaldı. İnsanlar da bunu görür və bilir. Bu dediklərinin yalan olduğunu iddia edəcək bir nəfər belə ola bilməz. 

“Himnin müəllifi ilə bağlı Elmlər Akademiyasının 1 mart 2000-ci il tarixli qərarı var”

-Ən çox tənqid hədəfinə çevrildiyiniz təklifləriniz hansılar idi?

-Bəzən paylaşımlarımı və ya sözlərimi konteksdən çıxararaq əleyhimə istifadə edirlər. Hətta zamanında paylaşdığım “əjdaha videosu”ndan sonra qapıma içində təhdid mesajı olan əjdaha fiquru qoymuşdular. Bundan başqa, Azərbaycan himninin Üzeyir Hacıbəyovun istədiyi kimi olmasını təklif etmişdim. Çünki zamanında himnə müəyyən sözlər artırılıb. Ona görə də himndən kədərli notların çıxaırlmasını dedim. 

Ancaq məni elə təqdim etdilər ki, guya himinin dəyişməsini təklif etmişəm. Halbuki, himnin əsl müəllifi də başqasıdır. Elmlər Akademiyasının 1 mart 2000-ci il tarixli qərarı var. Qərarda Azərbaycan himninin müəllifinin Cəmo bəy olduğu göstərilib. Həmçinin, uşaqlarımıza və yaratdığımız müəssiələrə, habelə aylara paralel milli adlar qoymağı təklif etmişdim. Lakin bütün bunların hamısını konteksdən çıxarılırdı və məni tənqid etdirdilər.

-Son zamanlarda istər sosial şəbəkələrdə, istərsə də siyasi fəaliyyət olaraq bir qədər geri planda qalmağınız diqqət çəkir. Nə üçün əvvəlki kimi aktivlik nümayiş etdirmirsiniz?

-Çünki bir müsahibə verən kimi kimlərsə onu konteksdən çıxararaq əleyhimə istifadə etməyə başlayırlar. Mən populist adam deyiləm. Əslində, partiya sədri partiyasını və özünü tanıtmaq üçün populist olmalıdır. Ancaq mənim içimdə populizmə və özünü göstərməyə qarşı bir nifrət var. Məsələn, kiməsə maddi yardım etməyi paylaşmaq doğru deyil. İnsan əvəz gözləmədən sevməli və yaxşılıq etməlidir. 

Yəni özümü göstərməyi sevmirəm və bundan qaçıram. Mən belə hallardan çox utanıram. Sözün düzünü deməyə və yalan danışmamağa çalışıram. Zamanında 22 il işsiz qalmışam. Heç vaxt ədalətdən və haqdan geri durmamışam. Hətta doğrunu deyə bilməyəndə belə yalan da söyləməmişəm. Ona görə ki, bu cür yaranmışam. Bəzən özüm də geri planda qalmağa çalışıram. 

-Hazırda deputat olmadığınız üçün əsas zamanınızı partiyanıza ayırırsınız. Hətta Vəhdət Partiyasını gücləndirmək istədiyinizə dair iddialar var. Bu istiqamətdə hansı addımlar atmağı düşünürsünüz?

-Bəli, partiyanı gücləndirmək istəyirəm. Artıq beynəlxalq məsələlər üzrə yeni müavin təyin etdim. Partiyamızın beynəlxalq münasibətləri qurmasını istəyirik. Bizim partiya vaxtilə əqidə üzərində qurulub. Vəhdət Partiyası parlament partiyası olanda dövlətdən maliyyələşdirdi. İndi isə deputatımız olmadığına görə həmin maliyyə kəsilib. Buna baxmayaraq, bir nəfər belə olsun partiyanı tərk etmədi. Bu, çox sevindirici haldır. Halbuki, kapitalizmdə pul çox zəruri elementdir. Yəni məni başa düşürlər. 

Hazırda Vəhdət Partiyasının öz statusunu qoruyub saxlaması üçün çalışıram. Bəzən mənim hansı partiyanın sədri olduğumu bilmirlər, utanıram. Bu səbəbdən də partiyamın özümdən daha yaxşı tanınmasını istəyirəm.

“Lider getdikdə, partiya dağılır”

-Maraqlıdır, partiya sədrliyindən getmək fikriniz var?

-Bir ildən sonra artıq 70 yaşım olacaq. Uzun müddətdir ki, partiya sədrliyindən getməyi düşünürəm. Dəfələrlə bu məsələni qaldırmışam. Deyiblər ki, sən partiyadan getsən, partiya dağılacaq. Çünki bizdə partiyalar liderin nüfuzu ətrafında birləşir. Lider getdikdə, partiya dağılır. Ona görə də bütün partiya elitasının və üzvlərinin qəbul edəcəyi bir varis axtarıram. 

-Həmin varisi tapmısınız? O, ailənizdən biri olacaq?

-Xeyr, mən partiya sədrini ailəsindən birinin əvəzləməsi tərəfdarı deyiləm. Buna nə qədər layiq olsa da, istəmərəm. Ailəmdən olmayan, gəncin partiyanın yeni sədri olmasını istəyərəm. Bunun üzərində çox ciddi işləyirəm.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Tahir Kərimli Vəhdət Partiyası müsahibə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see198

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see120

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri