Icma.az
close
up
RU
TAİB və YAP yüksək bal toplayan tələbələri mükafatlandırdı

TAİB və YAP yüksək bal toplayan tələbələri mükafatlandırdı

Icma.az, Missiya.az saytına istinadən bildirir.


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2024/2025-ci tədris ilində Nizami rayon məktəbləri üzrə ən yüksək nəticələri göstərərək ali məktəblərə daxil olmuş gənclərin mükafatlandırılması tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Missiya.Az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi - Nizami rayonu üzrə kurator Gülnar Qədirova, Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış edərək gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib, şəxsi həyatlarında və təhsildə daha böyük uğurlar arzu ediblər. 

Bildirilib ki, Nizami rayon məktəblərinin şagirdlərindən 54 nəfəri ali məktəblərə qəbul imtahanlarında 650 baldan yüksək nəticələr göstəriblər. Eyni zamanda, cari ildə respublikada IV qrup üzrə 2 nəfər 700 bal toplayıb ki, onlardan biri də məhz Nizami rayonunu təmsil edir. Qeyd olunub ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının məhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir. 

Görüşdə iştirak edən tələbələr gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər. 

Sonra yüksək bal toplayan tələbələrə və onların təmsil olunduğu məktəblərin rəhbərlərinə hədiyyələr təqdim edilib.

Tədbir zamanı Missiya Media Qrupunun baş redaktoru, TAİB-in aparat rəhbəri Nicat Dağlara tədbirin təşkili, həmçinin 50 illik yubileyi münasibəti ilə təbriklər ünvanlanıb.

İlahə Qənbərli
Missiya.Az








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri