Icma.az
close
up
RU
Tailand və Kamboca arasında yüz ildən çox davam edən münaqişə: Fransız müstəmləkəçiliyinin mirası

Tailand və Kamboca arasında yüz ildən çox davam edən münaqişə: Fransız müstəmləkəçiliyinin mirası

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tailand və Kamboca arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır. Vaxtilə fransız topoqrafların bilərəkdən buraxdığı səhv nəticəsində bu gün minlərlə insan silahlı toqquşmalardan əziyyət çəkir.

Tailand və Kamboca arasında hərbi qarşıdurma Cənub-Şərqi Asiyanın silahlı qeyri-sabitlik ocağına çevrilmə təhlükəsini artırır. İyulun 24-də tərəflər arasında sərhəd münaqişəsi yaşanıb, 300 minə yaxın insan ərazidən təxliyə edilib, ölən və yaralananlar olub.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Tramp bu problemi də həll etdiyini deyir

İyulun 28-də Malayziyanın hökumət başçısı Ənvər İbrahim Kuala-Lumpurda Tailandın səlahiyyətli Baş naziri Pumtam Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manetin danışıqlarının nəticəsinə əsasən ölkələr arasında atəşkəs elan edib. Ənvər İbrahim bildirib ki, tərəflər qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olub.

Lakin anlaşmanın nə qədər sürəcəyi bəlli deyil. ABŞ Prezidenti Donald Tramp dərhal Tailand və Kamboca arasındakı sərhəd münaqişəsinin Vaşinqtonun vasitəçiliyi ilə həll olunduğunu iddia edib. Tramp daha əvvəl Kamboca Baş naziri Hun Manet və Tailandın səlahiyyətli Baş naziri Phumtham Vechayachai ilə telefon danışıqları aparıb. ABŞ lideri xəbərdarlıq edib ki, əgər döyüş əməliyyatları dayandırılmasa, ölkəsi Tailand və Kamboca ilə ticarət danışıqları aparmayacaq.

Qanlı münaqişə tarixə "məbəd müharibəsi" kimi düşəcək

Qeyd edək ki, bu, iki dövlət arasında ilk silahlı toqquşma deyil. Lakin bu dəfə döyüş əməliyyatları miqyasına görə əvvəlki bütün toqquşmaları üstələyib. Budəfəki qanlı münaqişə tarixə "məbəd müharibəsi" kimi də düşəcək. Banqkok və Pnompen məbəd komplekslərinin ərazilərinin mənsubiyyətini yüz ildən çoxdur ki, mübahisə edirlər. Tailandın səlahiyyətli baş naziri Phumtam Vechayachai deyib ki, Kamboca ilə münaqişə həssas məsələdir və ona ehtiyatla, beynəlxalq hüquq çərçivəsində yanaşmaq lazımdır. Kamboca Baş naziri Hun Manet də bildirib ki, Pnompen münaqişənin sülh yolu ilə həllini istəyir. "Kamboca həmişə problemlərin sülh yolu ilə həlli mövqeyini tutub, lakin bu halda silahlı təcavüzə cavab verməkdən başqa seçimimiz yoxdur", - o, "Facebook"da yazıb.

Tərəflər hərbi toqquşmada maraqlı idi?

Tailand və Kamboca arasındakı ərazi mübahisələrinin həlli üçün 2000-ci ildə yaradılmış Birgə Sərhəd Komissiyası indiyədək real nəticə əldə edə bilməyib. Bəzi ekspertlərin fikrincə, hazırkı vəziyyət Tailandın hakim elitasına bu qarşıdurma ilə daxili siyasi böhrandan diqqəti yayındırmağa imkan verir. Ölkədəki vəziyyət normallaşma istiqamətində getdikcə, gərginlik də səngiyəcək. Digər ekspertlər isə hesab edirlər ki, hər iki tərəf əvvəlcədən bu münaqişəyə rasional şəkildə gedib, onun genişmiqyaslı qarşıdurmaya çevrilməməli olduğunu anlayıblar. Gərginliyin davam etdirilməsində də heç kim maraqlı deyil. Belə bir fikir də var ki, hazırda hər iki ölkədə qarşıdurmadan qaçmaq üçün kifayət qədər nüfuza və əminliyə malik liderlərin çatışmazlığı var.

Analitik Aleksandr Korolyov da hesab edib ki, münaqişənin hazırkı gərginləşməsi əslində Tailanddakı daxili siyasi böhranla bağlıdır. Onun sözlərinə görə, Kamboca hakimiyyəti də belə bir eskalasiyada maraqlı idi.

Qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır

Münaqişənin predmeti hindu məbədi və onun yerləşdiyi 4.6 kvadrat kilometrlik ərazidir. XI əsrdə inşa edilən bu məbəd Kamboca-Tailand sərhədinə yaxın yerdə yerləşir və hər iki ölkə bu əraziyə iddia edir. İki ölkə arasında qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır. 1904-cü ildə Siam (Tailandın əvvəlki adı) Fransa nəzarəti altında olan Kamboca ilə aydın sərhəd çəkməli olan demarkasiya komissiyasının yaradılmasına razılıq verib. Tərəflər ilkin olaraq, Dangrek silsiləsi boyunca sərhəd xətti çəkməyi razılaşıblar. Bu isə Preahvihea məbədinin Siamın nəzarətinə keçməsi demək idi. Lakin 1907-ci ildə fransız coğrafiyaçıları məbədin Kamboca ərazisi kimi göstərildiyi xəritə dərc ediblər. Yalnız 1930-cu illərdə Tailandda xəritədəki uyğunsuzluğu fərq ediblər. Tailand coğrafiyaçıları öz topoqrafik ölçmələrini aparıblar və 1953-cü ildə fransız qoşunlarının Kambocadan çıxarılmasından sonra krallıq məbədin yerləşdiyi əraziyə öz hərbçilərini göndərib. 1959-cu ildə Kamboca Tailanda qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Məhkəmə 1962-ci ildə Tailanddan məbədi Kamboca tərəfinə güzəştə getməyi tələb edib. 2008-ci ildə Tailand hakimiyyəti Kambocanın məbəd kompleksini UNESCO-nun Dünya İrsi siyahısına daxil etmək üçün atdığı addımlara etiraz edib. Beləliklə, əminliklə deyə bilərik ki, iki ölkə arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır.

Rusiya və ABŞ silahlarının mübarizəsi

Son illərdə hər iki ölkə gözlənilən təhlükəyə görə hərbi xərclərini artırmaq və sərhəd xəttini gücləndirmək siyasəti aparır. Tailand ordusu əsas etibarı ilə ABŞ silah və sursatı ilə təchiz edilib. Tailandın "Leopard" tankları, "F-16" təyyarələri mövcuddur. Arsenalında əsasən rus silahları olan Kambocanın hərbi büdcəsi isə Tailanddan 15 dəfə azdır. Əhali sayına görə də Tailand Kambocanı üstələyir. Belə ki, Kambocanın 17, Tailandın isə 71 milyon əhalisi var.

Bəs bu münaqişənin perspektivi necə olacaq və regional təsirləri nə ola bilər? Siyasi ekspertlər qarşıdurmanın yaxın zamanda yenidən başlaya biləcəyini düşünürlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Avqust 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri