Icma.az
close
up
RU
Tailandda faciəvi hadisə baş verib

Tailandda faciəvi hadisə baş verib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Tailandın Tham Sao Hin mağarasında faciəli hadisə baş verib. 

“Cebheinfo.az” xəbər verir ki, park işçisi, 43 yaşlı Paisan Vanpet bir İngilis turistin yeraltı axına düşən mobil telefonunu çıxarmağa çalışarkən həyatını itirib.

Soyuq və qaranlıq suda təhlükəsizlik avadanlıqları ilə axtarış aparan Paisan qəfil kramp keçirərək gur axan suyun axınına düşüb. 

Onun cəsədi təxminən 8 saat sonra, yerli vaxtla saat 22:00 radələrində 6 metr dərinlikdə, qayalar arasında sıxışmış vəziyyətdə tapılıb.

Evli və iki uşaq atası olan Vanpetin xilas edilməsi üçün xilasedicilər uzun müddət axtarış aparıblar.

Mağaranın çətin coğrafiyası, güclü yağış və qaranlıq şərait axtarış-xilasetmə işlərini xeyli çətinləşdirib. Cəsədi yalnız səhərə yaxın mağaradan çıxarmaq mümkün olub.

Dövlət, mərhumun ailəsinə təxminən 570 min baht (təxminən 661 min manat) məbləğində maddi yardım ediləcəyini açıqlayıb. 

Hadisədən sonra Tham Sao Hin və yaxınlıqdakı Tham Nok Nang Aen mağaraları sel təhlükəsi səbəbindən müvəqqəti olaraq bağlanıb. 

Rəsmilər bildiriblər ki, hadisədən dərhal sonra mağarada olan təxminən 120 turist təxliyə olunub.

Qeyd edək ki, bir turistin elektron əşyası uğrunda ekosistemi qoruyan bir işçinin həyatını itirməsi ölkədə geniş narazılığa səbəb olub.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri