Tailandda katerlə gəmi toqquşdu
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tailandın Pxuket əyalətində turistləri daşıyan "Korawich Marine 888" gəzinti kateri balıqçı gəmisinə çırpılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Bakı vaxtilə 05.55-də baş verib.
Hadisə zamanı katerdə əsasən Rusiya, Özbəkistan, Qırğızıstan və Qazaxıstandan olan 52 turist və 3 ekipaj üzvü olub. 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 23-ü Rusiya vətəndaşıdır. Qalan sərnişinlər təxliyə edilib. Xəstəxanada yaralılardan biri 18 yaşlı rusiyalı qız vəfat edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, qəza nəticəsində ciddi zədə alan kater batıb.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşdü
22 Sentyabr 2026 12:23
Tailandda turist avtobusu aşdı
04 Aprel 2025 22:32
Tailandda quduzluq epidemiyası yayılır
13 Sentyabr 2025 01:25
Tailandda daşqınlar Ölənlər var
07 Oktyabr 2025 14:48
Tailandda partlayış 10 yaralı
13 Yanvar 2025 10:38
Baxış sayı:111
Bu xəbər 12 Yanvar 2026 02:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















