Taksi istifadə edənlərin NƏZƏRİNƏ: Salonda bu qurğu olmalıdır
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb edilib. Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur. Polis əməkdaşları Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyini müəyyən edib və o, məsuliyyətə cəlb edilib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, bu həm sürücülər, həm də sərnişinlər üçün dərsdir:
“Hamı bundan nəticə çıxarmalıdır. Bu halların qarşısının alınması üçün artıq dövlət öz qərarını verib. Taksi fəaliyyəti ilə bağlı tələblərdə qeyd olunub ki, istismar olunan avtomobildə video qeydiyyat olmalıdır. Salondan çəkilişlər aparılmalıdır. Bu artıq qanunla təsdiq olunub. Bəzi taksilərdə həmin qurğuları müşahidə etsək də, bir çoxunda yoxdur. Bu qurğular vasitəsi ilə daha az qayda pozuntusunun şahidi ola bilərik”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, bu həm sürücülər, həm də sərnişinlər üçün dərsdir:
“Hamı bundan nəticə çıxarmalıdır. Bu halların qarşısının alınması üçün artıq dövlət öz qərarını verib. Taksi fəaliyyəti ilə bağlı tələblərdə qeyd olunub ki, istismar olunan avtomobildə video qeydiyyat olmalıdır. Salondan çəkilişlər aparılmalıdır. Bu artıq qanunla təsdiq olunub. Bəzi taksilərdə həmin qurğuları müşahidə etsək də, bir çoxunda yoxdur. Bu qurğular vasitəsi ilə daha az qayda pozuntusunun şahidi ola bilərik”.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Taksi sürücülərinə VACİB XƏBƏR: Salonda videokamera quraşdırılacaq...
08 Oktyabr 2025 12:16
Bu marşrutlardan istifadə edənlərin nəzərinə
15 Noyabr 2024 12:54
Bu qidaları istifadə edənlərin nəzərinə!
29 Aprel 2025 18:20
Bu marşrutlardan istifadə edənlərin nəzərinə!
27 Noyabr 2024 17:26
Baxış sayı:116
Bu xəbər 01 İyul 2025 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















