Icma.az
close
up
RU
Taksi qiymətləri yenidən bahalaşdı...

Taksi qiymətləri yenidən bahalaşdı...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

40 faiz artım var

Son günlər ucuzlaşan taksi qiymətləri yenidən öz köhnə vəziyyətinə qayıdıb. Belə ki, taksi operatorlarının qiymətləri növbəti dəfə artıb. Sərnişinlər bildirib ki, ötən ayın ortalarından etibarən qiymətlərdə 30-40 faiz artım var.

Yaxın günlərdə qiymət bir az da arta bilər...

Qiymət dəyişikliyini sürücülər də təsdiq edirlər. Qiymətlərdə yaranan fərqin isə şirkətlər tərəfindən tənzimləndiyini bildirirlər. Sürücülər qiymət artmasının bəzi səbəblərinin olduğunu bildirirlər. Onlar hətta yaxın günlərdə qiymətin bir az da artacağını istisna etmirlər.

Qiymətlər qısamüddətlik ucuzlaşmışdı

Məsələ ilə bağlı taksi şirkətlərindən isə bildirilib ki, ötən ay COP29 tədbiri ilə əlaqədar olaraq Bakıdan əhalinin kütləvi axını olub. Bu, yollarda tıxacların azalması səbəblərindən biri idi. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb. Amma hazırda iş və dərslərin olması, tıxacların artması ilə əlaqədar olaraq taksilər də öz iş tempinə qayıdıb. Buna görə də, qiymətlərdə müəyyən qədər dəyişikliklər var.

Taksidən istifadə edən 5,25 milyon sərnişin azalıb

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, taksilərlə bağlı həyata keçirilən son tənzimləmələr qısamüddətli səfərlərdən istifadə edən sərnişinlərin tədricən ictimai nəqliyyata üstünlük verməsi ilə nəticələnib. Onun sözlərinə görə, Azərbaycanda taksidən istifadə edənlər arasında 5,25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50 faizi avtobusa, 20 faizi isə metroya keçid edib: “Qeyd edək ki, sosial şəbəkələrdə də taksi sürücüləri sərnişinlərin azaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, nə komfort, nə də ekonom kateqoriyasında əvvəlki qədər sərnişin olmur. Hətta sürücülərin bəziləri sərnişinlərin az olması səbəbindən gündəlik tələb edilən kvotanı da doldura bilmirlər”.

Şirkətlər qiymətləri qaldırır...

Ekspertin fikrincə, şirkətlər aldıqları maşınların xərcini çıxarmaq üçün qiymətləri yüksəldir. Bu da təbii ki, insanların əksəriyyətinə sərf etmir: “Əvvəllər taksi şirkətləri rahat şəkildə hər qeydiyyatdan keçəni işə götürürdü. İndi isə yalnız tələblərə cavab verən və imtahandan keçib sertifikat alan sürücüləri işə qəbul edirlər. Şirkətlərə də çox böyük cərimələr tətbiq edildi. Avtomobillərin  ili də artıq yeni olmalıdır. Yeni maşınların da qiyməti daha yüksək olduğu üçün hər adam avtomobil alıb taksi kimi sürə bilmir. Artıq şirkətlər özləri yeni maşınlar gətirirlər. Bu zaman da şirkət maşınlara xərclədiyi pulu çıxarmaq üçün qiymətləri yüksək təyin edir. Taksi qiymətləri aşağı olanda insanlar vərdiş etmişdilər. Amma qiymətlər yüksəldikcə artıq insanlar hər dəfə taksiyə minə bilmirlər”.

“Sərnişin olanda da sürücü getmir”

İ.Hüseynli sərnişinlərin taksidən narazılıq etdiyi məqamlara da toxundu: “Düzdür, sürücülər sərnişin azaldığı üçün narazılıq edirlər. Lakin sərnişinlərin azalmasında taksi sürücülərinin də rolu az deyil. Çünki sərnişin olduğu zaman onlar problem yaradırlar, getmək istəmirlər. Məsələn, günün pik saatlarında bir çox sürücü maşın sürmək istəmir. Sərnişinlər də şikayət edir ki, taksi çağırırıq, yarım saat, bəzən ondan da çox gözləyirik. Lakin sonda sürücü ya qiymətin sərf etmədiyini, ya da həmin əraziyə, məsafəyə getmək istəmədiyini bildirir. Qiymətlər nə qədər yüksəlmiş olsa da, taksi sürücüləri yenə də deyirlər ki, şirkətlər qiymətləri çox aşağı təyin edir. Düşünürəm ki, tədricən bütün bu məsələlər öz həllini tapacaq. İctimai nəqliyyat da düzəldikdən sonra insanlar taksidən uzaqlaşacaqlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri