Taksi sürücüsü müştəriləri maşından endirib döydü VİDEO
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbulun Fatih rayonunda taksi sürücüsü gediş haqqı üstündə mübahisə etdiyi müştərilərini avtomobildən endirərək döyüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 23:30 radələrində Ayvansaray məhəlləsində baş verib.
Məlumata görə, 37 yaşlı taksi sürücüsü İ.H.K. ilə müştəriləri arasında gediş haqqı ilə bağlı narazılıq yaranıb. Mübahisə böyüdükdən sonra sürücü sərnişinləri avtomobildən endirib və onları döyərək hadisə yerindən uzaqlaşıb.
Fatih Rayon Polis İdarəsinin əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar. Kimliyi müəyyənləşdirilən sürücü qısa müddətdə saxlanılıb.
İ.H.K. polisə ifadəsində müştəriləri ilə gediş haqqı barədə razılığa gələ bilmədiyini bildirib. O, “qəsdən sağlamlığa zərər vurma” ittihamı ilə məsuliyyətə cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















