Taksilərdə uşaq daşınması üçün xüsusi qayda var?
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Hazırda taksilərdə uşaqların daşınması ilə bağlı xüsusi qaydalar praktiki olaraq geniş yayılmayıb. Bu da bəzi sürücülər üçün müəyyən narazılıqlar yaradır. Bir çox taksi sürücüsü uşaqlı sərnişinlərlə bağlı yaranan problemlərdən – avtomobilin çirkləndirilməsi, zədələnməsi və nəzarətsiz hərəkətlərdən şikayət edir. Bu halda taksi şirkətləri uşaqlı sərnişinlər üçün ayrıca kateqoriya yaratmalıdırlar?
Nəqliyyat eksperti Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, məcburi deyil və yalnız tələbatdan asılıdır:
“Hazırda qüvvədə olan qaydalara əsasən 12 yaşadək uşaqların qabaq oturacaqda daşınmasına yalnız xüsusi uşaq oturacağı ilə icazə verilir. Arxa oturacaqda isə bu yaş qrupuna dair xüsusi məhdudiyyət yoxdur. Yeganə istisna üç yaşına qədər uşaqlarla bağlıdır ki, əgər uşaq arxa oturacaqda təkdirsə və yanında böyüyü yoxdursa, onu xüsusi oturacaq olmadan daşımaq qadağandır. Uşaqların sayına dair də ayrıca məhdudiyyət yoxdur”.
Ekspert taksi sürücülərinin uşaqlı sərnişinlərlə bağlı narazılıqlarına da toxunub. Onun sözlərinə görə, uşaqların avtomobili çirkləndirməsi və ya salonun zədələnməsi hüquqi deyil, daha çox etik məsələdir və bu məqam valideynin məsuliyyəti kimi dəyərləndirilməlidir.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 28 Noyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















