Icma.az
close
up
RU
Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)

Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Taksi fəaliyyətində qiymət azalması müvəqqəti xarakter daşıyır. Bu müddət təxminən 15-20 gün davam edə bilər. Bunun səbəbi COP29 tədbiridir".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov son günlər taksi fəaliyyətində qiymətlərin enməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, qiymətlərin bu şəkildə aşağı səviyyədə qalması mümkün deyil:  


"Şəhərdə insanlar azdır. Demək olar ki, şəhər boşalıb. Taksi sürücülərinin sayında da azalma var. Tıxac yaranan kimi qiymətlər yenidən əvvəlki həddə yüksələcək. Hətta ola bilər ki, əvvəlki həddi də keçsin".

Nəqliyyat eksperti Elməddin Muradlı isə taksi sürücülərinin qiymətlərin ucuzlaşmasından narazılıq etdiyini vurğulayıb:  


"Bir çox istiqamətlərdə hərəkətin məhdudlaşdırılması ilə əlaqədar intensivlik aşağı düşüb. Amma qiyməti sürücülər deyil, şirkətlər endirib. Şirkətlərin də yanaşması bu şəkildədir ki, tələb artanda qiymət artır, tələb azalanda qiymət azalır".

Elməddin Muradlı həmçinin taksi qiymətlərinin tənzimlənməsinə ciddi ehtiyac olduğunu bildirib:  

"AYNA tərəfindən aşağı hədd müəyyənləşdirilib, amma yuxarı həddi də müəyyənləşdirmək lazımdır. Çünki sosial şəbəkələrdə bu istiqamətdə müzakirələr və mübahisələr gedir. Sürücülər iddia edir ki, qiymət çox aşağıdır, əvvəlki formada işləmirlər, deyirlər ki, yeni şərtlərə uyğunlaşaraq, daha keyfiyyətli avtomobil alıblar. Qiymət artımı xidmətin qarşılığında baş verməyib. Sərnişinlər də sosial şəbəkələrdə yazırlar ki, taksi filan istiqamətə baha apardı və s. Bu baxımdan, tərəflərin ortaq məxrəcini tapmaq lazımdır".

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri