Icma.az
close
up
RU
Taksilərin sayına məhdudiyyət qoyulacaq

Taksilərin sayına məhdudiyyət qoyulacaq

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.

34 min taksi azaldılaraq 25 minə endiriləcək

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, müvafiq qərar noyabrın 1-dən qüvvəyə minsə də, tam olaraq tənzimlənmə prosesi 3 il ərazində həyata keçirilə bilər: "Yeni tələblər qarşıdakı 3 il ərzində, mərhələli şəkildə icra olunacaq. Hazırda taksi fəaliyyəti ilə məşğul olanlar işlərini rahat şəkildə davam etdirə bilərlər. Normal taksi xidməti gostərənlər qalıb işləyəcək, digərlərinin aqibəti hələ ki, qeyri-müəyyəndir. Vaxtilə 70 minə yaxın taksi bir ildə 34 minə düşmüşdü. İndi isə 3 il ərzində 34 min 25 min olacaq. İndiki mərhələdə taksidə çalışan sürücülərin narahat olmasına əsas yoxdur. Gələcəkdə fəaliyyətdən imtina edən və ya sənəd alıb xətdə çıxmayan şəxslərin icazələri ləğv oluna bilər. Həmçinin xidmət səviyyəsindən narazılıq yaradıb sistemdə neqativ dəyərləndirilən sürücülərin icazələrinin də ləğvi mümkündür. Ümid edirik ki, 3 il ərazində ictimai nəqliyyat yüksək templə inkişaf edəcək və taksidə azalma təbii prosesə çevriləcək. Dünya təcrübəsində ictimai nəqliyyat çoxşaxəlidir, fasiləsiz və dəqiq işləyir. AYNA bildirir ki, yaxın illərdə Azərbaycanda da bu sistem qurulacaq".

Bəziləri taksini sadəcə əlavə məşğuliyyət kimi görür

Ekspert deyir ki, bir neçə il əvvəl buraxılış kartı almış, sənədləri qaydasında olan, amma hələ də taksi fəaliyyəti ilə məşğul olmayan insanlar da var. Bəziləri taksini sadəcə əlavə məşğuliyyət kimi görür. AYNA-nın verdiyi məlumata görə, hazırda ölkədə 34 min taksi qeydiyyatdan keçib. Onlardan təxminən 20 mini buraxılış kartı alan fiziki şəxslərdir, qalanları isə hüquqi şəxslərdir. Yəni bir şirkətdə 50-100 maşın var. AYNA hesablayıb ki, bu rəqəm gündəlik xəttə çıxan taksilərin sayını tam əks etdirmir. Gündə orta hesabla 22-23 min taksi fəaliyyət göstərir. Şəhər mobilliyindən danışırıqsa, bu, həm də piyadalar üçün normal hərəkət şəraiti, fasiləsiz işləyən ictimai nəqliyyat və yeni metro stansiyalarının açılması deməkdir: Nə qədər bu şərait formalaşacaqsa, taksiyə olan tələbat da bir o qədər dəyişəcək. Bununla belə, qərarın tam icrası çətin görünür. Türkiyədə və digər ölkələrdə olduğu kimi, qanunsuz taksi fəaliyyəti və qaçaq daşımalar arta bilər. Bu halların qarşısını almaq üçün indidən ciddi addımların atılmasına ehtiyac var".

Elməddin Muradlının dediyinə görə, paytaxtda fəaliyyət göstərən taksilərlə bağlı kvota 35 min olaraq nəzərdə tutulmuşdu. Lakin Nazirlər Kabineti tərəfindən bu rəqəm 25 minə endirildi: "25 min taksi Bakı şəhərində qeydiyyatda olan əhalinin sayına uyğun olaraq hesablanıb. Burada dünya təcrübəsi də nəzərə alınıb. Həmin təcrübəyə əsasən, hər 1000 nəfərə 8 taksi düşməlidir. Bu, bir çox inkişaf etmiş ölkələrin təcrübəsidir. Amma bir məsələ də nəzərə alınmalıdır ki, həmin dövlətlərdə ictimai nəqliyyat saat dəqiqliyi ilə işləyir".

25 minlik limitin taksi sürücülərinin sayına aidiyyəti yoxdur

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi sırf taksidə istismar olunan nəqliyyat vasitələrinə şamil olunur. Bu kvotanın tətbiq edilməsi həm də Bakı şəhərindəki avtomobil sıxlığının aradan qaldırılmasına hesablanıb. Məlum olduğu kimi, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarı isə noyabrın 1-dən qüvvəyə minəcək. Noyabr ayının 1-dən - yəni sözügedən qərar qüvvəyə mindikdən sonra, taksilərin sayında hər hansı ciddi azalma baş verməyəcək. İxtisarlar olmayacaq. Sadəcə bu, 2026-cı il üçün hazırlanan nəqliyyat kvotasıdır: "Qərar qüvvəyə mindikdən sonra paytaxtda taksi qıtlığı yaşanmayacaq. Bu səbəbdən, qiymətlərdə hər hansı dəyişiklik baş verməyəcək. Bugünkü dəyişkən tariflər olduğu kimi qalacaq. Qiymətlər əvvəlki qaydada sutkanın saatlarına, iqlim şəraitinə və tələbat səviyyəsinə uyğun olaraq dəyişməyə davam edəcək. Məlumdur ki, bayram və iş günlərində tələb az olduqda qiymətlər enə, hava şəraiti çətinləşdikdə, məsələn, qar yağan günlərdə isə arta bilər. 25 minlik limitin taksi sürücülərinin sayına aidiyyəti yoxdur. Yəni taksi sürücülərinə hər hansı kvota qoyulmur. Bu, sırf nəqliyyat vasitələrinin sayına aid olan məsələdir".

Ekspertin dediyinə görə, bəzən yaşı haradasa 20-dən çox avtomobillərlə taksi fəaliyyəti həyata keçirilir. Köhnə, yararsız, müasir ekoloji tələblərə cavab verməyən avtomobillər taksi fəaliyyətində istismar oluna bilməz: "Həcmi çox kiçik olan maşınlardan taksi kimi istifadə oluna bilməz. Taksi fəaliyyətinin tək iqtisadi tərəfdən deyil, təhlükəsizlik tərəfdən də nəzarətdə olmağı vacib, zəruridir".

Taksi sayı azaldıqda müəyyən çətinliklər yaranacaq

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, taksi sayına limit qoyulması müəyyən çətinliklər yaradacaq. Qiymətlərin də  bahalaşması gözləniləndir: "Taksi sayı azaldıqda təbii ki, müəyyən çətinliklər yaranacaq. Qiymətlər də bir qədər qalxa bilər. Amma məsələ qiymətin qalxıb-qalxmaması deyil, yəni qiymət qalxmasın deyə tıxacda qalmağın da mənası yoxdur. Əsas məqsəd şəhərdəki sıxlığı azaltmaq, tıxacların qarşısını almaqdır. Dünyanın bir çox ölkələrinin paytaxtlarında və iri şəhərlərində orta hesabla hər 1000 nəfərə 1 taksi düşür. Bizdə isə əhalisi 3 milyon olan Bakı şəhərində 75 000-ə yaxın taksi var. Taksi sayını məhdudlaşdırmaqla paralel ictimai nəqliyyatın işini optimallaşdırmaq, avtobus zolaqlarını axıra qədər çəkmək, avtobusların, metro stansiyalarının sayını artırmaq lazımdır. Tıxac olan yerdə heç bir rahatlıqdan söhbət gedə bilməz. Əksinə, taksi sayı həddindən artıq çox olduqda şəhərdə sıxlıq yaranır. Məqsəd isə ictimai nəqliyyatın işini optimallaşdırmaq, avtobus zolaqlarını tam şəkildə tətbiq etmək, avtobusların sayını artırmaq və mikromobilliyi inkişaf etdirməkdir".

Bu, 15 min nəfərin işsiz qalması deməkdir

İqtisadçı ekspert Razi Abasbəyli hesab ki, taksi sayının azaldılması xeyli sayda insanın işsiz qalması deməkdir. Faktiki olaraq son 3 il ərzində Bakı şəhərində taksilərin sayı 67 mindən 25 minədək azaldılıb. 2024-cü ildə Bakıda 40 min taksi fəaliyyət icazə verilirdisə, növbəti dəfə bu rəqəm 25 minə endiriləcək: "Nəticə etibarilə bu 15 min nəfərin işsiz qalması deməkdir. Bu da 15 min problemli kreditin formalaşmasına gətirib çıxaracaq. Taksi xidməti göstərən nəqliyyat vasitələri yeni tələblərə görə yeni avtomobillərlə əvəzlənib. Bu nəqliyyat vasitələrinin çoxu kredit və lizinq yolu ilə əldə olunub. Onların noyabrın 1-dən sonra fəaliyyət göstərə bilməməsi gecikmiş problemli kreditlərin sayını artıracaq. Taksi sayının azalması eyni zamanda, bu sahədə monopoliyanın yaranmasına səbəb olacaq. Çünki bir sıra taksi parkları müvafiq icazələrlə fəaliyyət göstərirdilər. Taksi parkları arasında qismən böyükləri və yeni yarananları da var. Bundan sonra Rabiyə və Yüksək Texnologiyaları Nazirliyinin hansı parkların, hansı iş adamlarının taksi fəaliyyəti ilə məşğul olmasına necə yanaşacağı bəlli deyil. Böyük ehtimal ki, yeni taksi meqa parkları formalaşacaq. Bundan sonra da bu sahədə fəaliyyət göstərən kiçik sahibkarlar sıradan çıxacaq. Nəticə etibarilə də bu sahədə bir monopoliya formalaşacaq. Monopoliyanın olması rəqabət mühitinin aradan qalxmasına səbəb olacaq. Bu da təksi sayının azalmasına və qiymətlərin bahalaşmasına səbəb olacaq".

Balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi vacibdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda taksi ilə sərnişin daşımaq üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər qoyulmasını şərh edib. AYNA bəyan edib ki, "Avtomobil nəqliyyatı haqqında" qanunla, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdır. Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və "Avtomobil nəqliyyatı haqqında" qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur. Bu günə qədər həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək. Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə "Lisenziyalar və icazələr haqqında" qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri