Icma.az
close
up
RU
Taksonomiyada yaşıl fəaliyyətlərin müəyyən edilməsi qaydaları açıqlanıb

Taksonomiyada yaşıl fəaliyyətlərin müəyyən edilməsi qaydaları açıqlanıb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə təsdiqlənən Yaşıl Taksonomiyaya əsasən yaşıl fəaliyyət kimi tanınmaq üçün iqtisadi fəaliyyət bir sıra mərhələlərdən keçməklə əsas şərtlərə cavab verməlidir.

APA-Economics” xəbər verir ki, yaşıl fəaliyyət kimi tanınmaq üçün şərtlər aşağıdakılardır:

1-ci mərhələ: Ətraf mühit məqsədlərinə əhəmiyyətli töhfə verilməsi - maraq doğuran iqtisadi fəaliyyət ilk növbədə bir və ya bir neçə ekoloji məqsədə əhəmiyyətli töhfə verdiyini nümayiş etdirilməlidir. Buna aşağıdakı yollarla nail olmaq olar:

Ətraf mühitə mənfi təsirin azaldılması - ətraf mühitə ziyan vuran fəaliyyətləri daha dayanıqlı alternativlərlə əvəz etməklə (məsələn, bərpa olunan enerjinin üzvi yanacaq enerjisini əvəz etməsi, elektrik nəqliyyat vasitələrinin ənənəvi nəqliyyatı əvəz etməsi).

Ətraf mühitə təsirin yaxşılaşdırılması - mövcud proseslərin səmərəliliyini artırmaqla (məsələn, çirklənməni azaldan tullantı sularının təmizlənməsi).

Ətraf mühitə müsbət təsirlərin yaradılması - biomüxtəlifliyi artıran meşələrin bərpası və ya yaşayış mühitinin bərpası yolu ilə ekosistemləri birbaşa təkmilləşdirməklə.

2-ci mərhələ: Əhəmiyyətli zərər verməmə (ƏZV)- prinsipinin təmin olunması - hər hansı bir fəaliyyətin icrası zamanı bir ekoloji məqsədə töhfə verərkən digər ekoloji məqsədlərə zərər vurulmasına yol verilməməlidir. Bu prinsipin həyata keçirilməsi ekoloji məqsədlər arasında tarazlığı təmin edir, gözlənilməz mənfi nəticələrin qarşısını alır. Məsələn, enerji səmərəliliyi təşəbbüsü hava və ya suyun çirklənməsini artırmamalıdır və (və ya) bərpa olunan enerji layihəsi yerli ekosistemlərə, məsələn, yaşayış mühitinin məhv edilməsinə səbəb olmamalıdır.

3-cü mərhələ: Minimum Sosial Təminatlar (MST)- prinsipinə riayət etmə - Taksonomiyaya uyğunlaşdırılmış yaşıl fəaliyyətlər insan hüquqlarına və əmək standartlarına riayət etməlidir. MST iqtisadi fəaliyyətlərin ekoloji məqsədlərə töhfə verərkən , etik və inklüziv sosial təcrübələri də dəstəkləməsinə kömək edir. Məsələn, meşəsalma layihələri yerli icmaları cəlb etməli və yerdəyişməyə səbəb olmadan onların hüquqlarını qorumalıdır və (və ya) yaşıl texnologiya təchizat zəncirləri təhlükəsiz iş şəraitini təmin etməli və əməyin istismarının qarşısını almalıdır.

Qeyd edək ki, Taksonomiya istifadəçiləri əvvəlcə nəzərdən keçirilən fəaliyyətin 6 ekoloji məqsəddən azı birinə əhəmiyyətli töhfə verib-vermədiyini qiymətləndirməlidirlər. Taksonomiyada əhatə olunan 10 sektor maraq doğuran fəaliyyətin Azərbaycan Respublikasının ekoloji məqsədlərini dəstəkləyib-dəstəkləməməsi ilə bağlı istiqamət verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri