Icma.az
close
up
RU
Talassemiya Mərkəzində KORRUPSİYA İDDİASI QHT sədri konfransa NİYƏ BURAXILMADI?

Talassemiya Mərkəzində KORRUPSİYA İDDİASI QHT sədri konfransa NİYƏ BURAXILMADI?

Icma.az, Yenicag saytına istinadən bildirir.

“8 fevralda Talassemiya Mərkəzində “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib. Keçirilən bu tədbir mərkəzin rəhbərliyi Səhər İsmayılova və Səidə Babazadə tərəfindən gizli şəkildə planlanıb. Çünki oraya digər qan xəstəlikləri ilə bağlı QHT rəhbərləri, Ayaz Hüseynov, Fuad Əsgərov, eləcə də ABŞ-də yaşayan və talassemiyalıların adından külli miqdarda pullar yığan və mənimsəyən Nailə Quliyeva dəvət edilsə də, 20 il öncə o dəyirmi masanın təşəbbüskarlarından olan “Savab Dünyası Talassemiya Assosiasiyası” dəvət edilməmişdir”.

Bunu Yenicag.az-a açıqlamasında “Savab Dünyası Talassemiya Assosiasiyası”nın sədri Seymur Bağbanlı deyib.

O, sosial şəbəkələrdə yayılan videogörüntülərdə konfransa buraxılmamasının səbəblərini izah edib.

S. Bağbanlının sözlərinə görə, həmçinin “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” adlı konfransa talassemiyalı şəxslər və ailələr də dəvət edilməmiş, əvəzində isə Səhər İsmayılova tərəfindən özlərinə yaxın olan və onları hər yerdə tərif edəcək Nargilə Səmədova, Esmira Rəsulova, Gülgün Abbasova adlı şəxslər dəvət edilmişdir:

“Videoda gördüyünüz şəxslər və “Savab Dünyası Talassemiya Assosiasiyası”nın rəhbərliyi dəvət edilməsələr belə, o konfransda iştirak etmək üçün oraya getdilər. Lakin konfrans zalının qapıları bizim üzümüzə bağlandı və bizə qarşı hörmətsiz rəftar edildi. Daha sonra Səhər İsmayılova çıxıb narazı kütləyə öz fikrini izah edərkən əsas gətirdi ki, bu konfrans elmi konfransdır və ancaq həkimlər var. Amma videoda da görünür ki, Səhər İsmayılovanın yalanı üzə çıxır. Amma oraya heç bir aidiyyəti olmayan şəxslərin və QHT rəhbərlərinin adı çəkilir və sual edilir ki, necə olur bütün hər kəs dəvətli olur, “lakin Savab Dünyası Talassemiya Assosiasiyası”nın rəhbərliyi dəvət edilmir?”

“Təbii ki, Səhər İsmayılova buna cavab verə bilmir, çünki səbəb bəllidir. Səbəb isə budur ki, “Savab Dünyası Talassemiya Assosiasiyası” olaraq bizim əlimizdə Səhər İsmayılovanın və onun komandasının korrupsiya faktları var. Əlavə olaraq biz bütün qanunsuz fəaliyyəti bilirik və bunu deməyə çəkinmirik. Digər şəxslər – hansılar ki, o konfransda iştirak edib və ya ora ilə əlaqələri yox idi – sadəcə reklam xatirinə dəvət edilmişdirlər, ya da sadəcə Səhər İsmayılova özünə yaxın olan və öz mənfəətləri üçün onları tərif edəcək talassemiyalı valideynləri oraya dəvət etmişdi”, – deyə o, əlavə edib.

Həmsöhbətimizin iddiasına görə, N. Quliyevanın oğlu talassemiyalı olub və 15 ildən çoxdur Azərbaycan səhiyyəsini bəyənmədiyi üçün ABŞ-də yaşamağa başlayıb:

“Hazırda Nailə Quliyeva özü də ABŞ-də yaşayır və oradan buraya müdaxilə edərək müxtəlif ödəniş terminalları vasitəsilə hesabatı ictimaiyyətə məlum olmayan talassemiyalılara dəstək adı ilə pullar toplayır. Lakin heç bir fəaliyyət ortada yoxdur və sadəcə mərkəz rəhbərliyini tərif etməklə və talassemiya adından istifadə edərək özlərini reklamla məşğuldurlar. Həmçinin Nailə Quliyevanın ABŞ-dən Bakıya uçuş və geri dönüş xərcləri də konfrans tərəfindən qarşılanıb”.

Seymur Bağbanlı əlavə edib ki, pasiyentlərdən 4-6 min rüşvət tələb edərək yatış şöbəsinə qəbul edirlər:

“Bəzi dərman preparatları həkimlərin sifarişi ilə gətirilir. Tanış xəstələrini qeydiyyatdan kənar qəbul edirlər. Mərkəzi laboratoriya müdiri Mirşahin Musayev ilə baş həkim Səhər İsmayılova isə əvvəldən “kök hüceyrə biznesi” qurublar. Qanuni şəkildə talassemiya mərkəzlərində kök hüceyrə xidməti tətbiq edilə bilməz. Bunun üçün onlara xüsusi lisenziya lazımdır. Amma bu şəxslər təyin olunandan sonra kənardan özləri üçün müştəri cəlb edir. Palata şəraitində cərrahi əməliyyatlar aparırlar. Yatış şöbənin müdiri Samirə Həsənova dəfələrlə etiraz etsə də, onu işdən çıxması ilə hədələyirlər”.

Xatırladaq ki, görüntülərdə Seymur Bağbanlı Səhər İsmayılova ilə konfliktində laboratoriyada qeyri-qanuni üsulla saxta şəkildə düzəlmiş qan analizinin yoxlanılması faktını da qeyd edib.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri