Icma.az
close
up
RU
Статья не опубликована
Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə keçirilib

Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə keçirilib

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olan vəsatətlər elan olunub.

Belə ki, zərərçəkən Tural Nəsimiyev məhkəməyə bir neçə həkimin dindirilməsi üçün vəsatət təqdim edib. O, vəsatətində cinayət işində təqsirləndirilən şəxslərdən başqa digər adı müəyyən olan və olmayan şəxslərin olduğunu deyib və həmin şəxslərin məhkəməyə çağırılmasını xahiş edib. Zərərçəkən, həmçinin təqsirləndirilən şəxslərin əlaqədə olduqları həkimlərlə telefon danışıqlarını və yazışmalarını məhkəməyə təqdim olunmasını xahiş edib.

"Əvvəlki proseslərdə adları çəkilən həkimlər - Mircəlal Kazımı, Xuraman Cəfərova və Valeh Hüseynovun da məhkəməyə çağırılmasını xahiş edirəm. Təqsirləndirilən şəxslərə Talassemiya Mərkəzində rahat hərəkət etməyə mərkəzin keçmiş direktoru Xuraman Cəfərova və keçmiş əməkdaşı Valeh Hüseynov imkan yaradıb" - deyə o, bildirib.

Tərəflər sözügedən şəxslərin məhkəməyə çağırılmasına etiraz etməyib.

Məhkəmə müşavirədən sonra hazırkı mərhələdə vəsatəti təmin etməyib. Hakim Azad Məcidov deyib ki, zərərçəkən və təqsirləndirilən şəxslər ifadə verdikdən sonra digər şəxslər də məhkəməyə çağırılıb dindiriləcək və növbəti mərhələdə vəsatət təmin ediləcək.

Həmçinin təqsirləndirilən şəxslərin əlaqədə olduqları şəxslərlə yazışmalarını və telefon danışıqlarını əldə etmək üçün müvafiq mobil operatorlara sorğu göndəriləcəyi bildirilib.

Daha sonra prosesdə zərərçəkən qismində Natiq Qubatov ifadə verib. O deyib ki, övladı talassemiya xəstəsi olub və sağalıb:

"Həmin vaxt uşağın vəziyyəti çox pis idi. 2022-ci ilin aprel ayında mütəmadi olaraq qızıma Talassemiya Mərkəzində qan vururduq. Elə olurdu ki, orqanizm qanı qəbul etmirdi. Türkiyədə müalicə elətdirdim. Sonra dedilər müalicə kömək olmur, əməliyyat olunmalıdır. Həyat yoldaşım Aynur Bayramova ilə tanış oldu. Uşağın qanını verdik, axtarışa verdilər. Bir müddət sonra Aynur Bayramova dedi ki, donor tapılıb. Mən donorun tapılması ilə bağlı sənəd tələb etdim. Sənədlə tanış olandan sonra Aynur Bayramovaya və Nuridə Seyidovaya ofislərində görüşüb 15 min dollar pul verdim. Dedim ki, uşağın vəziyyəti pisdir, təcili əməliyyat olunmalıdır".

Onun sözlərinə görə, pulu verdikdən bir müddət sonra aldadıldığını öyrənib:

"Bu hadisələrdən sonra anamın stressdən səhhəti pisləşdi. Dəfələrlə onlarla görüşdə oldum, uşağın qıvrılan yerdə videosunu göstərdim, xahiş etdim ki, pulumu qaytarsınlar. Tez-tez ofislərini dəyişirdilər. Nə qədər xahiş etdim, pulumu qaytarmadılar. Nömrələrimi bloka atmışdılar. Nuridə Seyidovanın anasının evində oldum, vəziyyəti danışdım, ağladı, dedi ki, qızımın qanı sənə halaldır. Mənim onlarda 16 min 500 manat pulum qalıb. Bu pulu Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Prosesdə zərərçəkən qismində dindirilən Günay Ağayevanın sözlərinə görə, oğlu talassemiyə xəstəsidir və donor axtarışı zamanı təqsirləndirilən Aynur Bayramova ilə tanış olub:

"Donorun tapıldığını bildirəndən sonra 25 min manat Aynur Bayramovanın vasitəsi ilə Nuridə Seyidovaya vermişəm. Həmin pulu Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Təqsirləndirilən Aynur Bayramova deyib ki, onun tək günahı xəstələrin yaxınlarını Nuridə Seyidovaya yönləndirmək olub:

"Mənim də övladım xəstədir. Bu gün zərərçəkən valideyinlərə baxanda vicdan əzabı çəkirəm. Mən sübut edəcəm ki, verilən bütün pullar Nuridədə olub. Mən lazımı yerlərə müraciət edəcəm. Məhkəmə araşdırsın, telefon danışıqlarını üzə çıxarsın, o zaman yeni faktlar üzə çıxacaq. Nuridə deyirdi ki, sponsor mənlik, xəstəxana isə sənlikdir".

Təqsirləndirilən Nuridə Seyidova isə Aynur Bayramovanın ittihamlarını qəbul etməyib. O deyib ki, sponsor məsələsini özü, xəstəxana işlərini isə Aynur Bayramovanın həll edəcəyi ilə bağlı hər hansı bir məsələni müzakirə etməyiblər.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri