Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Taleh Heydərov telekanallardan narazıdır ŞƏRH

Taleh Heydərov telekanallardan narazıdır ŞƏRH

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Cənab Prezident İlham Əliyev dünən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.

Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır”.

Gununsesi.info bildirir ki, bunu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov deyib.

Taleh Heydərov bu mövzuya dair öz fikirlərini və təkliflərini açıqlayıb.

“Problemin cənab Prezident tərəfindən qaldırılması heç də təsadüfi deyil. Çünki bu məsələnin illərdir öz həllini gözləməsi, aidiyyəti qurumlar və şəxslər tərəfindən kifayət qədər müzakirə edilməməsi hələ də böyük problem olaraq qalmaqdadır. Təəssüf doğuran hal isə budur ki, bu mövzu cəmiyyətə lazımi səviyyədə təqdim və izah olunmur. Bu ya sözügedən məsələyə biganə yanaşmağımızdan, ya da dilimizin nə dərəcədə dəyişməsinin, daha dəqiq desək, yad təsirlərə məruz qalıb korlanmasının fərqində belə olmamağımızdan irəli gəlir.

Əlbəttə, dünya sürətlə dəyişir, elmi-texniki tərəqqi davam etdikcə yeni terminlər, anlayış və sözlər meydana çıxır. Onlar hansısa başqa bir dildə yaranır və tezliklə bütün dünyada ümumişlək sözlərə çevrilir, tədricən hamı tərəfindən rahatlıqla qəbul və dərk edilir. Digər xalqlar da onları öz dil ailəsinə qəbul etməli olur. Biz də istisna deyilik. Bu mənada dilimizdə olmayan sözlərin yerinə yeni əcnəbi sözlərin alınması heç də qəbahət deyil, əksinə, dilimizi zənginləşdirən bir amildir və əksər hallarda sadəcə labüddür. Dünya dillərinin əksəriyyəti bu təcrübədən keçib. Televiziya, telefon, internet, kompüter və digər bu kimi yeni texnoloji icad və məhsullara milli adlar qoymağa ehtiyac olmadığı üçün əksər millətlər kimi, biz də bu sözləri öz gündəlik danışıq dilimizə və lüğətimizə əlavə etmişik; bu da normaldır. Çünki fəlsəfənin “milli-mədəni düşüncənin ərazisi” adlandırdığı dil canlı orqanizmdir. O, daim inkişaf etməli, zənginləşməli, yeni və alınma sözlər hesabına genişlənməlidir ki, həmin “düşüncə ərazisi” də böyüsün. Əlbəttə, bu proses digər ölkələrdə olduğu kimi, bizdə də labüdən getməlidir, amma bunu xüsusi vurğulayırıq ki, ana dilimizin milli enerjisini “sormaq”, onun “ekologiyasını korlamaq” hesabına yox!”

Taleh Heydərov deyir ki, burada narahatlıq doğuran başlıca məsələ bunlardır:
“Əsas problem dilimiz lüğət tərkibi və ifadə vasitələri baxımından kifayət qədər zəngin olduğu halda alınma və ya əcnəbi sözlərdən yerli-yersiz istifadə etməyimizlə bağlıdır. Dilimizdə əsrlər boyu işlənən sözlər varsa, başqa dillərdən onların ekvivalentlərinin bizim dilə keçməsinə nə ehtiyac var? Bu, ana dilimizin təmizliyinə, bununla da milli kimliyimizə təhdid yaratmaqdır. Cənab Prezident məhz bu vacib məqamı diqqətə çatdırdı. Dövlət başçımızın çox düzgün bildirdiyi kimi, “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?!”

Təəssüf ki, telekanallarımızda, radio efirlərimizdə, yazılı mediamızda, sosial şəbəkələrdə və gündəlik danışıqda bu kimi xətalara çox tez-tez yol verilir. Bütün bunların bir neçə səbəbi var. Bir səbəb insanlarımızın xarici televiziya kanallarını izləməsi və oradakı verilişlərə, seriallara baxmasıdır. Bu prosesin illərlə davam etməsi insanların orada hər gün eşitdikləri kəlmələri gündəlik danışıq dilinə daxil etməsi ilə nəticələnir. Ən pisi də odur ki, həmin sözlərdən istifadə adiləşir. Çoxuna da elə gəlir ki, belə də olmalıdır, ən düzü elə budur. Düşünürəm ki, yerli televiziya və radio kanalları verilişlərin keyfiyyətini artırsa, – zənnimcə, bu sahədəki vəziyyət son illərdə yaxşıya doğru dəyişməkdədir, – izləyicilərin çoxunu yerli ekran-efir məkanına qaytarmaq mümkün olacaq. Amma hələ o səviyyəyə çata bilməmişik. Bununla bağlı kompleks tədbirlərin görülməli olduğunu düşünürəm. Bu problemə yerli jurnalistlərin və digər aidiyyəti qurumların ciddi müdaxiləsinin baş verməməsini də nəzərə alsaq, vəziyyətin niyə bu həddə çatdığını anlamaq çətin olmaz.

Başqa bir məsələyə də toxunmaq lazımdır: ədəbi Azərbaycan dilində danışa bilməyən şəxslərin televiziyalarda və digər efir məkanlarında çıxışına icazə verilməsi düzgün deyil. Ekrana-efirə çıxan hər kəs həm dilimizə, həm də mədəniyyətimizə hörmətlə yanaşmalıdır. İnsanlar, xüsusilə də gənc nəsil görüb-eşitdiyini öyrənir, buna görə də efirdə xalis ədəbi dildə nitq və çıxışların daha çox səslənməsi vacibdir. Efirdə ədəbi dilimiz daha çox işlənsə, bir o qədər çox sayda insan bu dili rahat qəbul edəcək və gündəlik həyatda da ondan daha çox yararlanacaq. Təklifim isə budur: media orqanları xarici sözlərin dilimizdən çıxarılmasına və bu sahədə təbliğat aparılmasına ciddi diqqət yetirməlidir. Eyni zamanda, bu standartlara əməl etməyən qurumlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Dil millətin pasportudur. Heç kim onunla istədiyi kimi davrana bilməz”.

Taleh Heydərovun fikrincə, bu vəziyyətin kökündə həm də cəmiyyətimizin, sıravi vətəndaşların ana dilinə bəzən biganə münasibəti dayanır: “Valideynlər övladlarını müxtəlif dillərdə təhsil verən məktəblərə göndərirlər. Burada qəbahət yoxdur. Bu məktəblər bəzən daha yaxşı təhsil verir və gənclərimizin xaricdə daha nüfuzlu universitetlərdə təhsil almasına şərait yaradır. Amma bu məktəblərdə Azərbaycan dili bəzən heç də istənilən səviyyədə tədris olunmur, dilimizin ümumiyyətlə öyrədilmədiyi məktəblər də var. Bu, dilimizə olan ən böyük hörmətsizlik və əlbəttə ki, böyük qüsurdur. Buna nə aidiyyəti qurumlar biganə qalmalıdır, nə də valideynlər.

Digər tərəfdən, müəyyən ictimai yerlərdə Azərbaycan dilinə açıq-aşkar hörmətsizlik göstərilir. İstər müəyyən şirkətlərdə, istərsə də kafe-restoranlarda ziyarətçi və müştərilərlə ünsiyyət başqa dildə aparılır. Bir çox restoranlarda Azərbaycan dilində bəzən heç menyu da olmur. Təəssüf doğuran hal odur ki, bu tipli məkanlar, əsasən, digər ölkələri təmsil edən iş adamlarına məxsus olur, halbuki onların ölkələrində biz onların ana dilinə belə hörmətsizlik etməyi ağlımıza da gətirmərik. Öz milli mətbəxini ölkəmdə təmsil edirsən? Çox gözəl, buyur. Amma dilimi öyrənməlisən, necə ki, mən sənin ölkəndə sənin dilində danışıram. Bu halların baş verməsinin səbəbi bunu onlardan, elə özümüzdən də tələb etməməyimizdir. Şəhərin mərkəzində xarici dillərdə məkan və şirkət adlarının yazıldığı reklam-elan lövhələri ilə tez-tez rastlaşırıq. Amma təəssüf ki, bütün bu hallar nə qanuni şəkildə cəzalandırılır, nə də ictimai şəkildə qınanılır. Halbuki buna məsul qurumlar var.

Görünür, bu sahədə ciddi təbliğat işinin aparılması artıq günün tələbidir. Əks halda çox şey itirəcəyik, prosesləri öz axarına buraxsaq, dilimizi və ümumən milli kimliyimizi təhlükəyə atmış olacağıq. Təcrübə göstərir ki, istənilən problem həll edilmədikcə həmin problem daha da böyüyür. Ümid edirik ki, cənab Prezidentin bu mühüm çıxışı həm bizi bir cəmiyyət olaraq ayıldacaq, həm də dilimizin qorunması üçün qətiyyətli addımların atılmasına təkan verəcək. Avropa Azərbaycan Məktəbi və TEAS Press Nəşriyyat Evi bu istiqamətdə ümumi işə öz töhfəsini verməkdə davam edəcək”.

Ayşən
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri