Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib FOTOLAR
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 6-da Vətən müharibəsi şəhidləri Həsənzadə Əbdülhəsən Mirzə oğlunun, İbrahimov Röyal Qulam oğlunun, Əkbərzadə Valeh Asim oğlunun, İsmayılov Taleh Səndəl oğlunun Həbibli Şəhriyar Vidadi oğlunun, Qurbanov Emil Vaqif oğlunun və Əhədli Baloğlan Şakir oğlunun anım günüdür.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərimizin Havzova, Vel, Boladi, Osakucə, Şiləvar və ucqar dağ kəndi olan Gəgiran kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















