Taliban kanadalı veteranı həbsdən azad etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Taliban 2024-cü il noyabrın 17-də Kabildə həbs edilən kanadalı hərbi veteran Devid Laveri həbsxanadan azad edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Khaama press" informasiya portalı məlumat yayıb.
Məlumata görə, Kanadanın xarici işlər naziri Mélanie Joly yanvarın 27-də sosial mediadakı "X" səhifəsində Laverinin Qətər köməyi ilə azadlığa buraxıldığını elan edib və onun artıq Qətərdə ailəsi ilə qovuşduğunu bildirib.
Laverinin Kabil hava limanında həbsinin səbəbi məlum deyil.
Nəşrin məlumatına görə, Laveri üç il əvvəl ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı 100 əfqanın təxliyəsinə köməklik edib.
Qeyd olunub ki, o, bir neçə il Əfqanıstanın paytaxtında Raven Rae Consulting Services adlı özəl mühafizə şirkətini idarə edib.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















