Taliban Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Icma.az, Apa.az saytına istinadən bildirir.
"Taliban" hərəkatı Rusiya Federasiyasında qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır.
APA-nın Moskva müxbiri xəbər verir ki, "Taliban"ı Rusiya Federasiyasında qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq haqqında qanun layihəsi Dövlət Dumasına daxil olub.
Bu barədə Dövlət Dumasından bildirilib.
Qeyd edək ki, Rusiya "Taliban" hərəkatını Əfqanıstanda legitim hakimiyyət hesab edir. Rəsmi Moskva Rusiya ərazisində keçirilən beynəlxalq tədbirlərə "Taliban" hökumətinin nümayəndələrini dəvət edib, Rusiya rəsmiləri "Taliban" hökmüətinin üzvləri ilə dəfələrə görüşlər keçirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu noyabrın 25-də Əfqanıstana səfər edib. O, Kabulda "Taliban" hökumətin sədr müavini ilə görüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















