Icma.az
close
up
RU
TALIBOV GÜRCÜSTANDA SATDIĞI OTELİ GERİ ALDI Necə maliyyələşdirdiyini də AÇIQLADI

TALIBOV GÜRCÜSTANDA SATDIĞI OTELİ GERİ ALDI Necə maliyyələşdirdiyini də AÇIQLADI

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstandakı lüks oteli yenidən əldə edib.

“AzPolitika” xəbər verir ki, bu haqda OCCRP təşkilatı internet resurslarında məlumat yayıb.

Məlumatda idia edilir ki, R. Talıbov isə “Divan Suites” adlı oteli 2023-cü ilin yanvarında satlb, üstündən iki ildən artıq vaxt keçəndən sonra geri alıb. R. Talıbovun bu ilin mayında Batumidəki oteli geri almaq üçün 8,6 milyon dollar ödəməyə razılaşdığı, bu faktın səhm alqı-satqısı sənədlərində də əksini tapdığı iddias edilir.


R. Talıbov elektron poçt vasitəsilə ünvanlanan suallara cavabında bildirib ki, otel və sahilyanı əmlak Gürcüstan və Azərbaycan banklarından götürülmüş kreditlər hesabına maliyyələşdirilib. Onun sözlərinə görə, iki il əvvəlki satış və otelin yenidən alınması “aktivlərin və investisiyaların digər potensial hədəflərə yönəldilməsi” strategiyası ilə bağlı olub.

Hazırda otel “London 1889” brendi ilə fəaliyyət göstərir. R. Talıbov bu əmlakı “London 1889”un sahibi olan “B-Pearl Turizm” MMC-nin 100 faiz səhm paketini almaqla əldə edib.

Daha sonra həmin şirkət vasitəsilə əlavə daşınmaz əmlak alıb. İyul ayında şirkət Batuminin kənarında yerləşən sahilyanı Maxincauri qəsəbəsində 2 082 kvadratmetrlik torpaq sahəsini 730 min dollara alıb.

OCCRP yazır ki, bu alış R. Talıbovun Gürcüstanda daşınmaz əmlak biznesinə qayıtdığını göstərir.

Qeyd olunur ki, OCCRP 2022-ci ildə Rza və qardaşı Seymurun saxta şirkətlərdən şübhəli köçürmələrlə 20 milyon dollardan çox vəsait əldə etdiyini üzə çıxarmışdı. Qardaşların BƏƏ-də və Gürcüstanda 63 milyon dollarlıq əmlaka sahib olduqları da bildirilmişdi. Həmin vaxt qardaşlar bu iddialarla bağlı şərh verməmişdilər.

OCCRP 43 yaşlı R.Talıbovun hazırda Bakıda miqrasiya rəsmisi kimi vəzifədə olduğunu yazır. 

R. Talıbov son tranzaksiyalar barədə OCCRP-nin suallarını cavablandırmayıb. O, yalnız qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluqçularının hüquqi şəxslərdə səhm və ya pay sahibi olması qadağan olunmayıb.


Lakin “Dövlət qulluğu haqqında” Qanunda göstərilir ki, dövlət qulluqçusu qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti barədə maliyyə hesabatı təqdim etməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidir.

R. Talıbovun gəlir deklarasiyası verib-vermədiyi isə ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, iddialarla bağlı R. Talıbovun da mövqeyini işıqlandırmağa hazırıq.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri