Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
Estoniya paytaxtının meriyası sakinləri potensial təhlükədən qorumaq üçün ilk modul ictimai sığınacaq quraşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb. Məlumata görə, dəmir-beton konstruksiyalardan hazırlanmış sığınacaq “Citysec Industry” şirkətinin hədiyyəsidir və partlayışlardan, zərbə dalğalarından və qəlpələrdən qorunmaq üçün nəzərdə tutulub. Sığınacağın modul konstruksiyalari zəruri hallarda onu qısa zamanda sökməyə və başqa yerə köçürməyə imkan verir. Bu, pilot layihədir və onun nəticələrinə əsasən meriya sığınacaqların daha geniş şəkildə yerləşdirilməsinə qərar verəcək.
2024-cü ilin mart ayında Estoniya hökuməti yeni tikilmiş böyük binalarda məcburi sığınacaqlar quraşdırılmasına hazırlıq barədə qərar qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















