Tehranda bomba sığınacağı funksiyalı parkinqlər tikilir
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tehran hakimiyyəti şəhərdə ilk bomba sığınacağı funksiyalı avtodayanacağın tikintisinə başlayıb, həmçinin hazırda fəaliyyət göstərən bəzi parkinqlər də sığınacağa çevrilə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə meriyanın rəsmi nümayəndəsi Əbdülmütəhhər Məhəmmədxani məlumat verib.
"Tehranda sığınacaq-dayanacaqların tikintisinə artıq başlanılıb və yaxın həftələrdə şəhərin onuncu rayonunda ilk belə sığınacaq-dayanacağı istifadəyə verəcəyik", — deyə o, mətbuat konfransında bildirib. Meriya rəsmisinin sözlərinə görə, digər bəzi avtodayanacaqların da sığınacağa çevrilmə potensialı var — lazımi dəyişikliklər edildikdən və standartlara uyğunlaşdırıldıqdan sonra onlar da sığınacaq tək istifadə olunacaq.
Məryəm Quliyeva
Baxış sayı:120
Bu xəbər 08 İyun 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















