“Tamhüquqlu Fələstin dövləti prinsipi” gözəl səslənir, lakin...
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnanıram ki, “tamhüquqlu Fələstin dövləti prinsipi” ilə bağlı bəyanatlar diplomatik dildə gözəl səslənir, lakin reallığı tamamilə görməzlikdən gəlir. Problem dövlətin adı deyil, onu kimin və hansı ideologiya ilə idarə edəcəyidir.
Bunu "Xalq Cəbhəsi"nə israilli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Baruh Leviev Rusiya Prezidenti Vladimir Putinin tamhüquqlu Fələstin dövlətinin yaradılmasınln prinsipial məsələ olduğu fikrinə münasibətində deyib.
Xatırladaq ki, Putin Kremldə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyanla görüşdə deyib:
“Biz dəfələrlə Fələstin-İsrail münaqişə zonasındakı vəziyyəti və Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün birgə səyləri müzakirə etmişik. Amma təbii ki, əsas məsələ İsraillə təhlükəsiz dünyada birgə yaşayacaq tamhüquqlu Fələstin dövlətinin yaradılmasıdır”.
İsrailli ekspert deyib ki, əgər belə bir dövlət radikalların, terrorun və İsrailə qarşı müharibənin növbəti platformasına çevrilirsə, bu, həll yolu deyil, başqa münaqişə üçün reseptdir:
"İsrailin Qəzzada geri çəkilməsindən sonra biz bunu artıq görmüşük və yaşamışıq...
Əsl prinsip fərqli olmalıdır: əvvəlcə təhlükəsizlik, hərbisizləşdirmə, terrora son qoyulması və nifrətsiz nəsil yetişdirilməsi, yalnız bundan sonra dövlətçilikdən danışmaq olar".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Fevral 2026 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















