Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tanımadığımız dühaya məktub

Tanımadığımız dühaya məktub

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Kimsə Frederik Mayers kimi Yerdəki sivilizasiyanın qədimliyinə baş vurur, kimsə də İlon Mask kimi kosmik fəzanın dərinliyinə. Kimsə Dünyanın özündəki paralelləri axtarır, kimsə də paralel dünyaları. Amma okkultistlər elmdən də, dindən də kənarda "üçüncü paralel"in izinə düşmüşdülər; nə elmin, nə dinin izahını verə bilmədiyi halları incələyirdilər.

On doqquzuncu yüz ilin sonunda Kembirc Universitetinin müəllimlərindən bir qrupu Psixoloji Araşdırmalar Cəmiyyəti yaradanda, ingilis cəmiyyəti onlara gülürdü. Lüis Kerrol, Alfred Tennison kimi dərin eruditləri birləşdirən bu təşkilatı "kabus cəmiyyəti" adlandırmışdılar.

Yəqin çoxuniz Artur Konan Doylu xatırlayırsınız; hər halda bir neçə nəsil onun "Başsız atlı" romanını ən azı tanıyır. Əgər heç olmasa, bir dəfə vərəqləməyibsə. Britaniyanın keçmiş baş naziri Balfuru, Amerikalı psixoloq Ulyam Ceymsi, fizik Reyli kimi Nobel mükafatçısını "kabus cəmiyyəti" adlandıran anqlosaks toplumu idisə, indi, görün, həmin vaxt Mirzə Fətəlinin toplumu nə haldaydı!

Tarixin çox fərqli dönəmlərində bütöv toplumlar iki ayağını bir başmağa dirəyirdi və heç cür anlamaq istəmirdi. Anlamaq nədir, heç dinləmək istəmirdilər. Elə indinin özündə də elə adamlar kütləsi çoxdur; nəinki həqiqəti dinləyir, anlayır, hətta onu dilə gətirənlərə nifrət saçır. Dünyada insanlar iki yerə bölünüb: ağıllı insanlar və özünü ağıllı sayan adamlar. Ağıllılar onsuz da bilirdi ki, özünü ağıllı sayan kütlə ilə işi çətin olacaq.

Mən bir yazımda yazmışdım: "Ayıq intellektualların öz millətinə həqiqət borcu var". Bu fikrimə düzəliş edəcəm: ağıllının təkcə öz millətinə yox, hər kəsə həqiqət borcludur. El arasında da bu söz dolaşır: "Qananın qanmayana borcu var". Bəlkə də bir qədər amansız deyilib, amma anlamsız deyilmiş. Anlamayan özünün anlamağa borclu olduğunu anlamır. Amma anlayan birinin anlamayan, hətta anlamaq istəməyən birinə bu borcu anlatmaq kimi bir borcu var. Mirzə Cəlilsayağı: "Sözünü o kəslərə de ki, səni dinləmirlər".

Odur ki, dediyiniz hər sözün eşidiləcəyinnə bel bağlamayın. Mövlana deyirdi: "Sənin bildiyin qarşındakının anladığı qədərdir".

Həm bəlkə anladanın özü qüsurlu anladır.

Çingiz Aytmatovda belə bir kəlam var: "İnsan hər şeyi anlada bilməz. Çünki kəlmələr də hər şeyi anlatmağa yetməz".

Bəli, doğrudan da, elə mənalar var, "əyninə geyməyə" kəlmə tapa bilmir. Bu üzdən anlamayan çox, anlayan az, anladan isə daha azdır.

Avropada Sartr Uilyam Folknerin "sözün Allahı" olduğunu deyəndə, Amerikalılar özləri hələ Folknerin bədii bəndələri deyildilər. "Heç kim öz Vətənində peyğəmbər olmur" deyirlər. Peyğəmbər olmaq bir yana, heç kim öz Vətənində heç Folkner ola bilmir.

Elə bilirsiniz, Nizaminin öz dövründə Gəncədə hamı onun poeziyasının fəlsəfi dərinliklərində "üzürdü", yoxsa öz vaxtında bütün Kərbəla camaatı Füzulinin ilahi eşq məqamından boylanırdı. Şirvan əhli Seyid Əzimin kimliyini öz vaxtında dərindən dərk edə bilsəydi, mütəfəkkiri məsciddə ayaq altına almazdılar, əksinə əl üstündə tutar, öpüb gözlərinin üstünə qoyardılar.

Bəli, hələ də elə dühalar var, öz zamanından yüz il, iki yüz il... keçib, hələ də onun əsl dəyəri verilməyib. Bəlkə də onun dəyərini verə biləcək səviyyədə nəsil yetişməyib.

Torpağın altında, bilirsiniz, nə qədər qızıl var! Hələ o torpaqları kimsə "ələməyib", qızılı ortaya çıxarmayıb, ayar, dəyər vermıyib. Hüseyn Cavid Uİlyam Şekspir boydadır, di gəl biz onu hələ də öz "boyunun ölçüsündə" görə bilməmişik. İndi - 150 ildən sonra biz Həsən bəy Zərdabinin millət üçün gerçək kimliyini az da olsa, idrak edə bilmişik, gör, öz zamanında onu anlamayanlar nə qədər çox imiş!

Bu, təkcə bizə aid deyil, başqa millətlərdə də həmən-həməndir.

Daha əvvəl dediyim kimi, Stendalı da fransızlar çox gec tanıdılar.

Odur ki, səni anlamayacaqlarını anla. Amma anlatmağa davam et. Çünki sən təkcə öz zamanının insanı deyilsənsə, öz zamanında anlaşılmağa çalışma. Bəlkə bir gün səni anlayan tapılacaq.

Bilirsiniz, insanlar üç qrupa bölünür: keçmişlə yaşayanlar, bu gün üçün yaşayanlar, gələcəkdə yaşayanlar. Bütün dahilər təkcə keçmişdə ilişib qalmayanlar, öz dövrünə qapanıb qalmauanlar, öz dünəninin və bu gününün kənarına çıxanlar olub; gələcəkdə yaşayanlar. Ən nəhəng alimlər öz dövrünə qədər elmin də, dinin də verdiyi izahlarla yetərlənməyib, özünün sərhədlərini belə aşan adamlar olub. Bax, belə adamlar öz dövründə başa düşülməyəcəyini vaxtında başa düşüb; illüziyadan-filandan arınıb srın-arxayın yaşayıblar. Kim öz şöhrətini öz dövründə yaşamayıbsa, indi də yaşayır. Öz dövrünə qapılıb qalanlar, öz küncünə qısılıb qalanlar, öz qınında çoxdan yanıb, kül olub, öz dövrünün küləkləri ilə sovrulub gedib. Əbədiyyətə ünvanlanan sənət isə hələ də yaşayır və hələ çox yaşayacaq. Şöhrətin dalınca qaçmaqla deyil ki. Söhrət həvəsindən uzağa sıçraya bilsən, şöhrət onsuz da gəlib səni tapacaq. Mütləq deyil ki "Şöhrət" ordeni alasan...

Bir də ki heç şöhrətin olmasın, nə olacaq ki?! Dünya dağılacaq?!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see346

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see239

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see237

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see235

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see234

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see227

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see223

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see219

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see219

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see219

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see218

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see217

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see215

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see213

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see213

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see212

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri