Tanınmamış dövlət hərbi texnika daşıyan Türkiyə gəmisini ələ keçirdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Somali federal hökuməti üçün nəzərdə tutulmuş hərbi texnika daşıyan türk yük gəmisini ələ keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Somali Guardian” və “Maritime Executive” nəşrləri yazır.
Bildirilir ki, gəminin ələ keçirilməsinə görə məsuliyyəti öz üzərinə tanınmamış “Puntland dövləti” götürüb.
Gəmidə müasir zirehli transportyorlar, zenit topları və digər silahlar aşkarlanıb.
Gəminin saxlanıldığı dəqiq yer hələlik açıqlanmır.
Somalinin şərq hissəsində yerləşən Puntland 1998-ci ildə özünü “muxtar dövlət” olaraq elan edib.
Somali hökuməti hələlik məsələyə münasibət bildirməyib.
Bu hadisə Moqadişo və Puntlend arasında dərinləşən siyasi böhran fonunda baş verib. Cari həftənin əvvəlində Puntlend Somali hökumətini ölkənin şərqində “Puntlend silahlı qüvvələri” ilə toqquşmalara girən döyüşçüləri səfərbər etməkdə ittiham edib.
Türkiyə Somali hökumətinin əsas tərəfdaşlarından biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 İyul 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















