Icma.az
close
up
RU
Tanınmaq istəyi: yaradıcı ehtiyac, yoxsa sosial aclıq?

Tanınmaq istəyi: yaradıcı ehtiyac, yoxsa sosial aclıq?

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

XX əsr fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr deyirdi ki, bütün insan həyatının məqsədi, əslində, yalnız görünməkdir. Amma görünmək ehtiyacı da bir növ aclıqdır. Bu aclıq isə doyduqca artar. Sartrın dövründə də beləydimi ki, o bu cür fikir səsləndirməyə məcbur qalmışdı, yoxsa yazıçı fəhmi bu günləri öncədənmi duymuşdu, bilmirəm. Bildiyim odur ki, müasir dövr insanı üçün tanınmaq, sanki nəfəs almaq qədər təbii bir ehtiyaca çevrilib. Bəziləri üçün bu istək şəxsi ifadə formasıdırsa, bəziləri üçün sadəcə görünmək, görünməsə də, görünürmüş kimi davranmaq arzusudur. Xüsusilə də sosial şəbəkələrin - TikTok başda olmaqla - həyatımıza daxil olması ilə bu istək, deyə bilərik ki, kütləvi bir aclığa çevrilib.

Əvvəllər tanınmaq üçün insan ya bir sənət nümayəndəsi, ya da cəmiyyətə təsir göstərən biri olmalı idi. İndi isə bunun üçün sadəcə telefon və bir az da diqqət cəlb edən davranış kifayət edir. Bəzən bir neçə saniyəlik absurd video ilə milyonların qarşısına çıxmaq mümkündür. Beləcə əsas sual ortaya çıxır: bu tanınmaq istəyinin qaynağı nədir? İnsanın içindəki yaradıcı ehtiyacmı, yoxsa uzun müddət doyurula bilməyən sosial aclıqmı?

TikTok sindromu: görünmək üçün hər şey mübahdır?

TikTok və bənzər platformalar, istifadəçilərə bir növ "məşhur olmaq azadlığı" verir. Bununla belə, bu azadlıq çox vaxt nə məzmun tələb edir, nə də məsuliyyət. Sıravi insanlar bu platformalarda viral olmaq üçün düşünmədən, bəzən də həddini aşan davranışlara çox rahatca yol verə bilirlər. Qeyri-etik səhnələr, vulqar ifadələr, saxta emosiyalar, riskli və təhlükəli "çelenc"lər - bütün bunlar tək bir məqsədə - tanınmağa xidmət edir.

Bir misal olaraq, son illərdə viral olan "influencer" fenomenini nəzərdən keçirək. Bu şəxslər çox zaman həyatlarının yalnız bir hissəsini - ya da bəzən heç bir real hissəsini - şəbəkələrdə nümayiş etdirərək, bir anda məşhur olurlar. Amma bu məşhurluğun çoxu səthidir, arxasında dərin düşüncə, faydalı fəaliyyət deyil, sadəcə bir neçə saniyəlik diqqət cəlbi dayanır. Sosial şəbəkələrin təqdim etdiyi sürətli tanınma real həyatda yalnız "sosial aclıq" hissini daha da dərinləşdirir.

Yaradıcı tanınma ilə sosial görünmə fərqlidir

Yaradıcı tanınmaq uzun bir yolun, zəhmətin ciddi məsuliyyətin və dərin daxili ehtiyacın nəticəsidir. Bu prosesdə insan əvvəlcə özünü ifadə etməyi, sonra isə başqaları ilə ünsiyyət qurmağı qarşısına məqsəd qoyur. Sosial platformalarda məşhurlaşmaq isə çox zaman anlıq diqqət üçün atılan səthi addımlardan ibarətdir. Bu məşhurluq sabun köpüyü kimi tez formalaşır və tez də unudulur.

Ən təhlükəlisi isə odur ki, bu "anlıq məşhurluq" hissi gənc nəsildə saxta özünüdəyər formalaşdırır. Getdikcə dəyəri "like" və ya "izlənmə" sayı ilə ölçən nəsil yetişir. "İzlənirəmsə, deməli, dəyərliyəm" düşüncəsi son nəticədə emosional və psixoloji problemlərə səbəb olur. Kimliyini sosial medianın reaksiyaları üzərindən müəyyən edən bir gənc, real həyatla qarşılaşanda ciddi ziddiyyətlər yaşaya bilir.

Sosial media aclığı necə yaranır?

Əslində insanın tanınmaq istəyi yeni deyil. Sosial varlıq kimi insan həmişə cəmiyyət içində görünmək, qəbul olunmaq arzusunda olub. Bunu hələ ötən əsrdə yaşamış Sartrdan sitatda da gördük. Deməli, bütün dövrlərdə insan öz daxilində bu ehtiyacla yaşayıb. Amma bu ehtiyac real sosial əlaqələr, ailə, dostluq və peşə mühiti vasitəsilə qarşılandıqda sağlam forma alır. Əgər bu kanallar zəifləyibsə, müasir insan bu boşluğu başqa yerdə - yəni sosial mediada doldurmağa çalışır.

Burada isə yaranan problem odur ki, sosial şəbəkələr bu ehtiyacı müvəqqəti qarşılayır, amma dərinləşdirmir. Şərhlər, bəyənmələr, paylaşmalar - insanın daxilindəki ehtiyacı qidalandırmaq əvəzinə, daha da artırır. Beləcə, yaranan son nəticə aclığın doyması yox, asılılıq olur.

Görünmək üçün yox,

iz buraxmaq üçün...

Tanınmaq istəyi təbiidir. Amma onu necə və niyə istədiyimiz də son dərəcə önəmlidir. Bu istək bizi yaradıcı düşüncəyə, özümüzü ifadəyə, ictimai faydaya aparırsa - müsbət nəticə verir. Yox, əgər bu istək bizi başqalarının diqqətinə möhtac, özümüzə yad bir obraz yaratmağa məcbur edirsə, bu zaman biz nə tanınırıq, nə də tanıyırıq - özümüzü də, başqalarını da.

Bugünkü texnoloji imkanlar hər birimizin səsini eşitməyə, eşitdirməyə qadirdir. Amma səsimizin içi boşdursa, o, sadəcə gurultudur. Gəlin, tanınmaq istəyimizi yaratmağa, dəyərləndirməyə və dərinləşməyə yönəldək. Unutmayaq ki, görünmək asandır, iz buraxmaq isə məsuliyyət və zəhmət tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri