Tanınmış aktyor rejissorlara SƏSLƏNDİ: “50 manat təkcə yolpuluna çatır, heç olmasa...”
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mənə sual verirlər ki, niyə tamaşalarda, filmlərdə yoxsunuz? Çox istərdim ki, bu sualı rejissorlara verəsiniz”.
News24.az bildirir ki, bu sözləri tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.
Tamaşalarda, seriallarda görünməyən aktyor “niyə çəkilmirsiniz” sualını cavablandırıb.
O, qonorar məsələsinə də toxunub:
“Mənə sual verirlər ki, niyə tamaşalarda, filmlərdə yoxsunuz? Çox istərdim ki, bu sualı rejissorlara verəsiniz. Artıq 67 yaşın içindəyəm, mən də istəyirəm çəkilim. Hazırda “AzTV”-də “Mozalan”ı əvəz edən “Biz” verilişində çəkilirəm. Azdan-çoxdan orada qonorar da verirlər. Qaldı ki, çəkildiyim serial və filmlərə, mən, ümumiyyətlə, heç vaxt qonorar barədə danışmıram. Şərt də qoymuram ki, filan qədər məbləğ ödənilməlidir. Amma insaf da dinin yarısıdır. 50 manat versələr, bu, yalnız yolpuluna çatır. Heç olmasa 200-300, lap elə 150 manat qonorar, maaş versələr, gedib çəkilərəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 İyul 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















