Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 noyabr, AZƏRTAC
“Aston Martin” komandasının Formula 1 pilotu Fernando Alonso qarşıdakı “Dakar” rallisində mübarizə aparacaq.
AZƏRTAC komandanın rəsmi saytına istinadən xəbər verir ki, ikiqat dünya çempionu 7 illik fasilədən sonra “Dakar” rallisinə qayıdacaq. O, sonuncu dəfə 2020-ci ildə bu yarışda iştirak edib və ümumi sıralamada 13-cü yeri tutub.
2027-ci il yanvarın 9-23-də keçiriləcək yarış Portuqaliya və Mərakeş ərazilərini əhatə edəcək. “Aston Martin” bu layihədə “Prodrive” komandası ilə əməkdaşlıq edəcək.
Alonso “Aston Martin”in “Dreadnought” adlandırılan yeni yolsuzluq avtomobili ilə start xəttinə çıxacaq. Avtomobil “Prodrive”ın hazırladığı prototip əsasında yaradılıb. İspaniyalı pilotun şturmanı “Dakar” motosiklet kateqoriyasının beşqat qalibi Mark Koma olacaq. Koma əvvəl də Alonso ilə birlikdə çıxış edib.
“Aston Martin” və “Prodrive” komandalarının yarışda üç ekipajı təmsil olunacaq. Digər iki ekipajın tərkibində isə Dünya Ralli çempionatının (WRC) doqquzqat qalibi Sebastyan Löb və hazırkı Dünya Ralli-Reyd çempionu Lukas Moraes çıxış edəcəklər. Löbün şturmanı belçikalı Fabian Lürken, Moraesin şturmanı isə Pablo Moreno olacaq.
Qeyd edək ki, “Dakar-2027” Portuqaliyanın Lule şəhərində 129 kilometrlik proloq mərhələsi ilə başlayacaq. Yanvarın 10-da ilk əsas mərhələ keçiriləcək, daha sonra iştirakçılar Mərakeşə yollanacaqlar. Yarış yanvarın 23-də Mərakeş şəhərində başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 17 Noyabr 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















