Icma.az
close
up
RU
Tanınmış jurnalistlərdən təyyarə qəzasına münasibət:Bəlkə işdə erməni barmağı da var?

Tanınmış jurnalistlərdən təyyarə qəzasına münasibət:Bəlkə işdə erməni barmağı da var?

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Dekabrın 25-də Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi səbəbi ilə təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstaxanaya yerləşdirilib. Hələki rəsmən deyilməsə də bu sahə üzrə mütəxəssislərin sözlərinə görə, Qroznı üzərində Rusiyanın “Pantsir S1” sistemi tərəfindən vurulduqdan sonra ciddi zədələnən, hidravlik və elektron sistemi sıradan çıxan təyyarəni idarə etmək üçün pilotlar böyük fədakarlıq göstəriblər.Bir sözlə, yeni il ərəfəsində baş verən bu faciə bütün ölkəmizi yasa bürüdü, respublikamızda matəm elan olundu, xalqımızı və dövlətimizi dərindən sarsıtdı.

Adalet.az hadisəyə münasibət bildirən, öz subyektiv fikirlərini sosial şəbəkə hesabında yazan tanınmış jurnalistlərin fikirlərini sizin diqqətinizə çatdırır:


Aydın Quliyev: Qroznıda " təyyarə cinayətinin " arxasında konkret şəxslər var...Rusiyanın dövət olaraq Azərbaycandan qisas almasına və ya onu cəzalandırmasına heç bir motiv təbii ki, yoxdur.Çox sayda insanın faciəsi ilə nəticələnmiş təyyarə qəzasını dövlət tərəfindən düşünülmüş cinayət saymaq düz olmaz.Lakin Rusiyanın regional aviasiya idarəçiliyində konkret cinayətə yol vermiş məmurlar var .Azərbaycandan dövlət səviyyəsində üzr istənilməsi öz yerində, məsuliyyətsizlikdən və ya səhlənkarlıqdan olmasından asılı olmayaraq cinayətə yol vermiş məmurlar da cəzalarını almalıdır.
Açıq suallar var:Qroznı aeroportunda düşmən dronlarına qarşı REM və " PANTSİR" sistemləri ilə əməliyyat aparılırsa , Qroznının hava məkanı mülki təyyarələr üçün niyə bağlanmayıb? Bəlkə bunu qəsdlə ediblər ki, Azərbaycan təyyarəsinin fəlakətə salınması ilə Rusiya- Azərbaycan münasibətləri gərginləşsin ?Bəlkə işdə erməni barmağı da var?
Artıq şübhə yoxdur ki, təyyarə Aktauda yerə çırpılana kimi dəlik- deşik olunmuşdu.Dəlik- deşik olunmuş təyyarəni Aktauya yönəltmək təsadüf idimi? Cinayəti idarə edənlərin hədəfi onun qəzalı vəziyyətdə hansı şəhərə göndərilməsi yox, məhz dənizin üstündən uçurdulması idi.Dənizin üstündən üçün dənizə düşməli idi- hesab bu idi.Cinayəti planlayanların qəsdi heç kimin sağ qalmaması idi...
Bax Qroznıda uçuşu idarə edən yerli aviasiya personalının ən böyük cinayəti budur...
Onların səhlənkarlığı üzündən baş vermiş cinayətin son akkordunu tam düşünülmüş şəkildə tamamlamaq istədilər.....
Lakin pilotların peşəkarlığı cinayətin "son akkord planını" pozdu....
Xalid Kazımlı : AZAL-ın təyyarəsi Rusiya ərazisində qəsdən vurulmasa da, zədəli təyyarənin ölkə aeroportuna enməyə icazə verilməməsi qəsd işidir. Birmənalı. Şübhə edənlər təyyarənin ekipajıyla dispetçerlərin danışığını dinləyərək əmin ola bilərlər. Təyyarə qəzalarının 99 faizində bütün ekipaj və sərnişinlər həlak olur. Bu qəzada isə sərnişinlərin yarısı salamat qalıb. Bu, pilotların sayəsində olub. Başqa bir neqativ detal ortaya çıxmasa, onlara təltif düşür...


Aqil Ələsgər : Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması çox ağır hadisədir. Azərbaycan Prezidentinin bu hadisə ilə bağlı matəm qərarı dövlətin hadisəyə həssaslığını göstərir.
Ancaq ardıcıl olaraq hadisə ilə bağlı olub-olmadığı belə şübhə doğuran videoların dövriyyədə olması, sərnişinlərin qorxu dolu videolarının paylaşılması izləyicilərə psixoloji sarsıntı yaşadır.
Bu kimi videolar insanlarda dünyanın ən təhlükəsiz minik vasitəsi sayılan təyyarələrlə bağlı qorxu simptomlarının artmasına gətirib çıxarır. Bu sadəcə təyyarədən istifadə edənlərə deyil, onların yaxınlarına da mənfi təsir göstərir.
Azərbaycan Medianın İnkişafı Agentliyi də yaydığı açıqlamada “media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırıb.
Qısacası, bəzən insanın vicdanı onun senzoru rolunu oynayır. Və həm sosial media aktivistləri, həm də jurnaıistlər yazdıqlarının və yaydıqlarının necə bir psixoloji problemə yol açdığının fərqində olmalı və bu məsələdə daha təmkinli davranmalıdırlar.
Elşad Məmmədli: Azərbaycan dövləti, Azərbaycan Prezidenti təyyarəmizin vurulması məsələsində tutduğu mövqe ilə bir daha sübut etdi ki, heç kimdən asılı deyilik, kimsə qarşısında öhdəliyimiz yoxdur! Bunu cənab Ilham Aliyev bir neçə gün öncə də (idmançılarla görüşdə) bəyan etmişdi!
İndi Rusiya üçün yeganə yol məhz üzr istəməkdir! Buna dövlət tərbiyəsi deyirlər. Varsa...
Toğrul Allahverdiyev: Bilərəkdən və ya yanlışlıqla fərq etməz!!! Allah bəlanızı versin!!! Təyyarəni yanlışlıqla vurmusansa, enməsinə icazə verəydin, sərnişinləri təxliyyə edərdin. Təyyarəyə eniş icazəsi verməmək namərdlikdir! Hadisə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığımızı çatdırır, yaralananlara isə tanrıdan şəfa diləyirik.Xilasetməni həyata keçirən Qazaxstana və bu işə cəlb olunan hər kəsə dərin minnətdarlığımızı bildiririk.
Elşad Paşasoy: Qanlı hadisəyə “quş” qoya bilmədilər, həqiqət 24 saata üzə çıxdı!Rusiya Azərbaycandan rəsmən üzr istəməli, məsuliyyət daşıyanları cəzalandırmalı, həlak olan və yaralananların ailələrinə kompensasiya ödəməlidir! +AZAL-a dəymiş zərər ödənilməlidir!


Rauf Arifoğlu: Bilirdik, təsdiqləndi. Təəccüblənmədik! Təyyarəmiz vurulub. Səhvən... AZAL-ın təyyarə bələdçiləri, pilotlar qəhrəmanlıq göstəriblər. İçəridən çəkilən videolarda da bələdçi qızların son ana qədər hər kəsə ümid verdiyi, təmkinli olmağa çağırdığı eşidilir.
Azər Həsrət: Dünən elə təxminən bu saatlarda AZAL təyyarəsinin GPS-nin əngəllənməsi ilə bağlı ayrıntıları yazmışdım. İndi baxıram ki, bizim media bu gün günortadan sonra Euronews-a istinadla bunu yazır. Camaat, biz yazanda da diqqət yetirə bilərdiniz də, elə gərək hansısa fransız, ingilis yaza? Euronews-dan bir gün öncə, isti-isti mən yazmışdım onu. Hələ daha ayrıntılı şəkildə yazmışam. Rusiya özü əbədi olaraq çökməlidir!
Tural İsmayılov: Caliber yazır ki, təyyarənin Qroznı, Maxaçqala və Mineralnıy Vodıya eniş etməsinə icazə verilməyib.
Təyyarə bilərəkdən Xəzər üzərindən Aktauya göndərilib.
Məqsəd təyyarəni dənizdə batırmaq, şahidlərin ölümü ilə sübutları aradan götürmək olub.
Təyyarədə 2 sərnişin qəlpə yarası alıb.
Rusiya mediasında yayılan alternativ fikirlər ictimai rəyi çaşdırmağa yönəldilib.
Rusiya etdiyini boynuna alıb Azərbaycan xalqından üzr istəməli və günahkarlar cəzalandırılmalıdır.

 Qeyd edək ki,  Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının təyyarə qəzasının kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək.

Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see272

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see206

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see147

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see142

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see139

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see138

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see135

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see131

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see129

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see128

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see127

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see126

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see123

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see121

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see121

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see119

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see119

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see119

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see116

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri