Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Tanınmış kulinar “Azercell”dən ŞİKAYƏT ETDİ: “Cibimizə niyə girməlisiniz?!” VİDEO

Tanınmış kulinar “Azercell”dən ŞİKAYƏT ETDİ: “Cibimizə niyə girməlisiniz?!” VİDEO

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abunəçilərin “Azercell”dən narazılıqları artmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, belə şikayətlərdən birini “Ləzet ovcusu” adı ilə tanınan tanınmış kulinar Mübariz Vəliyev edib.

Belə ki, o, sosial şəbəkədə Azercell tərəfindən tətbiq edilən aylıq 2 manatlıq xidmət haqqı ilə bağlı narazılığını bildirib:

“Azercell-ə zəng etmişəm ki, hər ay mənim xəbərim olmadan məndən 2 manat pul tutursunuz. Mənə deyirlər ki, bu məbləğə görə 25 dəqiqə danışıq və 250 MB internet verilir. Mən bu tarifi istəmədiyimi deyirəm. Amma mənə bu tarifdən çıxa bilməyəcəyimi, bunun mümkün olmadığını bildirirlər.

Belə çıxır ki, Azercell nömrəsi işlədiriksə, abunəliyimiz üçün dinsək də, dinməsək də bizim pulumuzdan çıxırlar”.

Mübariz Vəliyev: Milyonlarla insanın cibindən xəbəri olmadan girib pulunu götürürsünüz

Tanınmış kulinar qeyd edib ki, söhbət 2 manatda deyil:

“Dövlət və millət üçün yardım etməli olsaq, bunu sevərək edərik. Məbləğin azlığına-çoxluğuna baxmarıq. Amma Azercell abunəçisiyik deyə bizim cibimizə niyə girməlisiniz?! Milyonlarla insanın cibindən xəbəri olmadan girib götürürsünüz. Və bu, doğru məsələ deyil”.

Şikayətçi məhz buna görə də Azercell nömrəsini Bakcell şəbəkəsinə daşıyacağını vurğulayıb:

“Bu haqda da öz şikayətimi bildirmişəm. Düzdür, bildirsəm də baxan yoxdur”.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Azercell Telekom” MMC-dən bildirilib ki, abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, tariflər Azercell tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər.

Bütün dəyişikliklərin abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirildiyi söylənilib.

Nəzərə çatdırılıb ki, fakturasız Xətt Sisteminə aid “Azercellim”, “Bölgə”, “Gəncsim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində edilən müvafiq dəyişikliklərlə bağlı elan 25 yanvar 2025-ci il tarixində Azərbaycan qəzetində dərc edilib.

““Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 25.02.2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Azercellim", "Bölgə", "Gəncsim", "Bizimkilər" və "Hər Yerə" tarif paketlərində 2 AZN aylıq (otuz təqvim günü) abunə haqqı tətbiq edilir. Abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunur. Hər hansı abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edərsə, müvafiq paketə abunəlikdən imtina edə, digər şərtləri olan paket əldə edə və ya fakturalı/fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilər”,- məlumatda qeyd edilib.

Vurğulanıb ki, mobil rabitə istifadəsində dəyişən trendləri nəzərə alaraq, “Azercell Telekom” MMC mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər.

““Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərə görə tariflərin tətbiqi həm yerli, həm xarici, həmçinin MDB məkanında fəaliyyət göstərən operatorların analoji xidmətinə görə təyin etdikləri xidmət haqqı nəzərə alınmaqla özündə abunəçilərin məmnuniyyətini, rahatlığını, dəyişən tələbatını və s. amilləri əks etdirən bazar araşdırmaları əsasında formalaşdırılır.

Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəzləmə və imtina qaydası, həmçinin “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) və yaxud Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət edərək əldə edə bilər”,- deyə şirkətdən bildirilib.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri