Icma.az
close
up
RU
İran ətrafında HƏLQƏ daralır ZAMAN kimə işləyir?

İran ətrafında HƏLQƏ daralır ZAMAN kimə işləyir?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran ətrafında gərginlik artmaqda davam edir. ABŞ Tehrana qarşı üç şərt irəli sürüb. Vəziyyətin hansı səmtə inkişaf edəcəyi böyük ehtimalla, həmin şərtlərə İranın ali rəhbərliyinin münasibətindən asılı olacaq.

İrana hərbi zərbələrin endirilməsi istisna olunmur. Hətta bunun qarşıdakı günlər deyil, saatlar ərində mümkünlüyü tez-tez dilə gətirilir.

Bu arada ABŞ Hərbi Hava Qüvvələri bölgəyə "F-15E Strike Eagle" qırıcılarından ibarət eskadrilya yerləşdirərək mövcudluğunu gücləndirib. Böyük Britaniya isə koalisiya əməliyyatlarının bir hissəsi olaraq Qətərə "Typhoon" (“Tayfun”) qırıcılarını yerləşdirib. Birlikdə bu imkanlar həm genişmiqyaslı hava kampaniyası aparmaq, həm də müttəfiqləri üçün raketdən müdafiə təmin etmək qabiliyyətinə malik güclü zərbə və müdafiə qüvvəsi təşkil edir.

İranın yüksək vəzifəli rəsmiləri və hərbi heyəti isə ölkənin “ən pis ssenariyə hazır olduğunu” və yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayır. Xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, 2025-ci ilin iyun ayında göstərilən nisbi təmkinlilikdən fərqli olaraq, bu dəfə İslam Respublikası “əlindəki hər şeylə cavab verəcək”.

İran genişmiqyaslı qısa və orta mənzilli ballistik raket arsenalını istifadə edə bilər. Əsas hədəf bölgədəki Amerika hərbi bazaları, ABŞ-ın əsas müttəfiqi olan İsrail və Hörmüz boğazındakı vacib enerji infrastrukturu ola bilər. İran həm asimmetrik, həm də yüksək texnologiyalı silahlar da daxil olmaqla geniş hücum arsenalından istifadə edə bilər.

Bıs zaman hansı tərəfə işləyir? Hərbi toqquşmadan qaçmaq mümkün olacaqmı?


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, ABŞ-nin zərbə qüvvələrinin regiona cəlb olunması İrana qarşı hərbi müdaxilə ehtimallarını daha gücləndirir:

“Bu fonda ABŞ prezidenti Tramp İrana qarşı şərtlər irəli sürüb. Bunlardan ən əsası İranın nüvə proqramından tam imtina etməklə bağlıdır. Daha bir şərt İranda həbs edilən etirazçıların edam edilməməsidir. Hələ ki, ABŞ tələblər səviyyəsində təzyiq göstərir. Yəni, şərtlər irəli sürməklə İran tərəfinin cavabını gözləyir.

Bu şərtlərə cavablar əsasında proseslərin cərəyan edəcəyi gözlənilir. Hərbi toqquşmadan qaçmaq şərtlərə əməl edilib-edilməyəcəyindən asılı olacaq. Zaman gedir və İran ətrafında həlqə daralır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:404
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri