Icma.az
close
up
RU
Tanınmış rejissordan ciddi tənqid: “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…”

Tanınmış rejissordan ciddi tənqid: “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanda kino sənayesi, həmçinin cizgi filmi, uşaq filmlərinin istehsalı ürəkaçan səviyyədə deyil.

Bunun səbəbi kimi isə maliyyə, peşəkar rejissor və aktyor çatışmazlığı göstərilir. Lakin hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yüzlərlə kadr yetişdirir. 

Eyni zamanda, bu gün ölkədə animasiya, nağıl və uşaq filmlərinin çəkilişi də çox zəifdir. Uşaqlar cizgi filmlərinə əsasən rus, ingilis və türk dilində baxır. Halbuki, uşaqların tərbiyəsi və dünyagörüşünün formalaşmasında cizgi  və uşaq filmləri mühüm rol oynayır. Belə çıxır ki, biz uşaqlarımızın taleyini yalnız telefon və xarici cizgi filmlərinin ümidinə buraxmışıq. 

Bundan başqa, yerli kino sənayesində ciddi bir irəliləyişin müşahidə olunmaması, cizgi və uşaq filmlərinin yoxluğu , həmçinin peşəkar rejissor, aktyor çatışmazlığı bu sahəyə diqqət və maliyyə ayrılmaması fikrini ortaya qoyur. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında rejissor, rəssam, ssenari müəllifi və animator Elçin Hami Axundov bildirib ki, Azərbaycanda animasiya sənayesinin inkişafı ilə bağlı ciddi problemlər var. 

Onun sözlərinə görə, ölkədə animasiyanın zəif inkişaf etməsinin əsas səbəblərindən biri maliyyələşmənin olmamasıdır:

"Mən artıq 30 ildir animasiya sahəsində mübarizə aparıram. Müstəqillik əldə etdikdən sonra bu sahədə maliyyələşmə zəiflədi. SSRİ dövründə "Qoskinofond" adlı qurum bütün respublikalara maliyyə ayırırdı və animasiya filmləri çəkilirdi. 1980-ci illərdə biz ildə 7-8 cizgi filmi istehsal edirdik. 1995-ci ilə qədər bəzi zəngin şəxslər kinonu maliyyələşdirsə də, sonradan bu sahəyə maraq azaldı. 

2001-ci ildə "Azərkinovideo" İstehsalat Birliyi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə keçdi və nazirlik ildə cəmi bir filmi maliyyələşdirməyə başladı. Maliyyələşmə zəif olduğuna görə mütəxəssislər, animatorlar və rejissorlar hamısı dağıldı və özlərinə başqa sahələrdə iş tapdılar. 2002-ci ildən Mədəniyyət Nazirliyi animasiya sahəsini maliyyələşdirməyə başladı və mən Azərbaycan animasiyasının inkişafına dair bir layihə hazırladım. Lakin genişmiqyaslı işlər görülmədi. Bura animator və rəssamlar cəlb etməli idik. Onlarla biz gələcəkdə gözəl işlər görə bilərdik”.

Elçin Hami Axundov vurğulayıb ki, animasiya sahəsinin inkişafı üçün layihələr həyata keçirilməli, yeni kadrlar hazırlanmalıdır:

“Animasiya filmləri xüsusilə uşaqların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Animasiya ucuz sahə deyil. Məsələn, “Disney” studiyaları bir filmə milyonlarla dollar sərf edir. Burada tammetrajlı filmlərdən söbət gedir, 5-10 dəqiqəlik filmlərdən yox. Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş bir film ərsəyə gəldi. İndi az da olsa, bu sahədə dirçəliş var. Hazırda animator və rəssamlar üçün kurslar açılıb. Kurslar tamamlanandan sonra ola bilsin ki, bizdə də mütəxəsislər olacaq. Ancaq yenə də bu sahənin tam inkişafı üçün maliyyələşmə lazımdır”.

Rejissorun fikrincə, animasiya sahəsindəki bu gerilik milli dəyərlərin qorunması baxımından ciddi fəsadlara səbəb ola bilər:

"Biz artıq bir neçə nəsli itirmişik. Nəyə görə? Çünki yerli cizgi filmləri çəkilmir. Animasiya filmləri uşaqları tərbiyələndirir. Uşaqlar gözlərini açandan animasiyadan çox şey götürürlər. Animasiya filmləri çəkilmədiyi üçün biz milli dəyərlərimizi uşaqlarımıza aşılaya bilmirik.

Yerli istehsal olmadığı üçün uşaqlar xarici cizgi filmlərinə rus və ingilis dillərində baxırlar. Bunun nəticəsində onlar xarici mədəniyyəti formalaşdırırlar və biz öz milli dəyərlərimizi, mədəniyyətimizi, mənəviyyatımızı, folklorumuzu, nağıllarımızı itiririk. Bizə bədii filmlərdən daha çox animasiya filmləri lazımdır. Bu filmlər silsilə və ya tammetrajlı şəkildə çəkilməli, uşaqların maariflənməsinə yönəldilməlidir. Yalnız bu yolla biz öz milli kimliyimizi gələcək nəsillərə ötürə bilərik”.

E. H. Axundov kino sahəsində mütəxəssis hazırlığının zəif olduğunu vurğulayıb:

“Əlbəttə ki, kinoya da fikir vemək, mütəxəssislər hazırlamaq lazımdır. Mən öz şəxsi fikrimi deyirəm, Azərbaycanda kino sahəsində mütəxəssis hazırlığı istənilən səviyyədə deyil. Mədəniyyət və İncəsənət Universiteti hər il yüzlərlə məzun versə də, onların çoxu peşəkar rejissor və aktyor kimi formalaşa bilmir. Universitet hər il yüzlərlə tələbə buraxır, amma keyfiyyət o qədər də yaxşı deyil. Onların arasında yetərincə savadlı rejissor və aktyorlar yoxdur. Bu, ciddi problemdir. Gərək biz mədəniyyət şəxsiyyətləri formalaşdıraq, böyüdək”. 

O açıqlamasında, “Universitetdə dərs deyənlər peşəkar sənətkarlardır, lakin dərs metodikası lazımi səviyyədə deyil”, - deyib:

"1964-cü ildə mərhum Adil İsgəndərov "Azərbaycanfilm" kinostudiyasına, bizə direktor təyin olundu. O dövrə qədər aktyorlarımız və rejissorlarımız əsasən yaşlı nəsil idi. Cavan aktyorları, fakültəni bitirənləri Moskvaya ikiillik kino aktyorluğu və rejissorluq kurslarına göndərirdik.

Allah ona qəni-qəni rəhmət eləsin. Onunla bizim kinomuz dirçəldi, yaxşı filmlər çəkilməyə başladı. Moskva o vaxt kinoya ən səviyyəli mütəxəssislər hazırlayırdı. Eyni zamanda, dublaj studiyası yaradıldı və kinostudiya canlandı. İndiki yaşlı aktyorların çoxu ordan keçmiş, Moskvada təhsil almış mütəxəssislərdir. Maliyyələşmə vardı deyə iş də gedirdi. 

Kino təhsilinin səviyyəsinin aşağı olması sektorun inkişafına mane olur. Universitetlərimizdə kino sahəsində təhsil səviyyəsi çox aşağıdır. Ola bilsin ki, bir-iki nəfər yaxşı rejissor var və onlar keyfiyyətli dərs keçirlər. Lakin ümumi sistemdə ciddi problemlər var. Rejissor və aktyor hazırlığı gücləndirilməli və kino üçün peşəkar mütəxəssis yetişdirməliyik”. 

Elçin Hami Axundovun sözlərinə görə, universiteti bitirəndən sonra həmin o gənc rejissor, aktyorlar və ssenaristlərə təcrübə lazımdır: 

"Universiteti bitirən tələbələrə təcrübə lazımdır. Sovet dövründə universiteti bitirənlər əvvəlcə rejissor assistenti kimi işləyir, istehsalat prosesinin bütün nüanslarını öyrənərək püxtələşirdilər. Çünki istehsalatın nüansları var, onu görməli idilər. Yalnız bundan sonra rejissorluq edə bilərdilər.

İndi isə təcrübəsiz gənclər birbaşa rejissor kimi fəaliyyətə başlayır. Nəticədə zəif filmlər çəkilir. İndi hər yerindən duran deyir ki, rejissoram. Amma rejissorluq sözlə deyil, gərək insanın canında ola. Gərək müəyyən praktika olsun. İndi həm praktika yoxdur, həm də istehsalatı yaxşı bilmirlər”. 

O, həmçinin qeyd edib ki, rejissorlar aktyorların üzərində işləməli, onları peşəkar şəkildə yönləndirməlidirlər:

"Əvvəllər görkəmli rejissorlar teatrlara gedib, aktyorların bacarıqlarını izləyirdilər. Onların səviyyəsini, potensialını qiymətləndirib, daha sonra filmlərə çəkirdilər. İndi isə rejissorlar teatrlara getmir, aktyor seçiminə kifayət qədər diqqət yetirmirlər. Nəticədə nəsə olanda xaricdən aktyor dəvət edirlər.

Halbuki, yerli aktyorlarla daha yaxşı işləmək mümkündür. Rejissor aktyorla işləməli, onun potensialını üzə çıxarmalıdır. Aktyor xammaldır, rejissor onu formalaşdırmalıdır. Xüsusilə də kinoda... Çünki kinonun özünəməxsus tələbləri var. Köhnədən bir-iki nəfər rejissor qalıb. Onların işlərindən çox xoşum gəlir”.

Elçin Hami Axundov qeyd edib ki, bu gün Azərbaycan kino sektorunda püxtələmə və profisionallıq çatmır: 

“Hazırda Azərbaycan kino sektorunda yetərincə püxtələşmə yoxdur. Peşəkarlığı da yalnız çalışaraq, təcrübə toplayaraq əldə etmək mümkündür. Peşəkarlığın artırılması üçün həm təhsil, həm də istehsalat sahəsində ciddi addımlar atılmalıdır. Həmçinin, bu sahəyə həqiqətən istedadlı və bacarıqlı şəxslər cəlb olunmalıdır. Hər gələnə işi vermək olmaz”. 

Axundov Azərbaycanda prodüser məktəbinin olmamasını ciddi problem kimi dəyərləndirib:

"Azərbaycanda prodüser məktəbi yoxdur, amma bu, mütləq lazımdır. Çəkilən filmlər festivallara çıxarılmalı, satılmalıdır ki, əldə edilən gəlirlə borclar qaytarılsın. Amma bunlar hökumətin pulunu götürürlər, film çəkirlər. Bunun adı prodüserlik deyil. Prodüser məktəbi inkişaf etməlidir. Televiziyada da özlərini prodüser adlandıran şəxslər var, amma onlar peşəkar prodüser deyillər”.

Rejissor Türkiyənin kino sənayesini nümunə gətirərək,  əvvəllər istehsalın zəif olduğunu, lakin zamanla təcrübə və peşəkarlığın artdığını qeyd edib:

"Düzdür, film sənayesində Türkiyə də ilk vaxtlar zəif idi. Amma sonradan püxtələşdilər və indi yüksək keyfiyyətli film və seriallar çəkirlər. Hazırda seriallar Türkiyənin brendinə çevrilib. Ümid edirəm ki, bizdə də zamanla bu inkişaf baş verəcək”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri