Icma.az
close
up
RU
Tanınmış rəssamın adından DƏLƏDUZLUQ Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? FOTOFAKT

Tanınmış rəssamın adından DƏLƏDUZLUQ Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? FOTOFAKT

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Görkəmli rəssam Vəcihə Səmədovanın rəsmləri adı altında başqa rəssama məxsus olduğu güman edilən əsərə sertifikat verilib.

Bu barədə Vəcihə Səmədovanın nəvəsi, rəssam Aqşin Mirfeyzullayev Bizim.Media-ya şikayətlənib. Onun sözlərinə görə, Milli İncəsənət Muzeyinin komissiyası rəsm əsərini araşdırmadan sertifikat verib.  

"Rəsmi 10 yaşında çəkib?"

"Rəsmə baxan kimi onun Vəcihə Səmədovaya aid olmadığını anladım. Amma hər ehtimala qarşı bibimə də göstərdim ki, o daha dəqiq məlumat versin. Əsəri sertifikatdan keçirən adamla şəxsən görüşdüm. Eldar Səmimi adlı həmin adam iddia edir ki, bu, rəssamın bacısının portretidir. Amma nənəm bacısının portretini tamamilə başqa üslubda işləyib. Ümumiyyətlə V.Səmədovanın tərzi, istifadə etdiyi boyalar tamamən başqadır.

Adam israr edir ki, bu rəsm Vəcihə xanımın cavanlığında çəkilib. Nənəm 41 yaşında dünyasını dəyişib, 11 il təhsil alıb. Cavanlığından da əsərləri məşhurdur. Belə çıxır ki, bu rəsmi 10 yaşında çəkib?"

Milli İncəsənət Muzeyi saxta əsərə sertifikat verib?

A.Mirfeyzullayev xatırladıb ki, Milli İncəsənət Muzeyinin rəhbəri Vəcihə Səmədova haqqında kitab yazıb və o kitabda təqdim olunan rəsmlərdə də həmin əsər yoxdu. Muzeydən bildirilib ki, son aylarda Vəcihə Səmədovanın rəsmlərinə sertifikat verilməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb. Halbuki sertifikatda rəhbərliyin imzası var.

A.Mirfeyzullayev bildirir ki, həmin portretin əsl müəllifi bəlli deyil, sadəcə Baba Əliyev adlı rəssam olduğu təxmin edilir:

"Amma əsərin özü saxta deyil, illər öncə çəkilmiş rəsmdir. Adətən Səttar Bəhlulzadə və Vəcihə Səmədovanın rəsmləri çox baha olduğu üçün hardansa bənzərini tapıb onların adlarıyla qeydiyyatdan keçirirlər. Bu Eldar adlı şəxsin işi-peşəsi budur".

Dələduzluğa görə də həbs edilibmiş...

Qeyd edək ki, Eldar Səmimi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilmiş, 2020-ci ildə azadlığa çıxmışdı.

Eldar Səmimi "Azəriqanbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoymuşdu. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb.

Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret olub. A.Mirfeyzullayev sertifikat almış bu rəsmin həmin portret olduğunu ehtimal edir.

Məhkəməyə müraciət olunacaq...

Müsahibimiz sertifikatla bağlı məsələ araşdırıldıqdan sonra məhkəməyə müraciət olunacağını da bildirib:

"Həmçinin sertifikatı vermiş komissiyadan tələb edirik ki, bu məsələ ciddi araşdırılsın, Vəcihə Səmədovanın üslubu, özünəməxsus texnikası, rəsmlərdəki emosianallığı  ilə bağlı rəy versin. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət olunacaq".

Xatırladaq ki, illər öncə də Vəcihə Səmədovanın adıyla saxtakarlıq olunmuşdu. Həmin vaxt rəssamın əsərinin üzü köçürülmüşdü.  

Məsələ ilə bağlı Milli İncəsənət Muzeyinə sorğu göndərdik. Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib: 

"Vətəndaş Aqşin Mirfeyzullayevin şikayət etmək hüququna hörmətlə yanaşaraq bildiririk ki, komissiyanın növbəti iclasında əsərlə bağlı iddia ekspertlər tərəfindən nəzərdən keçiriləcək".

Mövzunu diqqətdə saxlayacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 May 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri