Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur Səbəb
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə rusiyalı məşhur şoumen Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konsertinin ləğv edilməsi tələb olunub.
Kulis.az xəbər verir ki, buna sənətçinin İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarını dəstəkləməsi səbəb olub.
Yerli fəalların diqqətini Qalkinin 2024-cü il iyunun 8-də sosial şəbəkədə etdiyi paylaşım cəlb edib.
Belə ki, sənətçi həmin vaxt İsrail hərbçilərinin Nuseyrat bölgəsində keçirdiyi və dörd girovun azad edildiyi əməliyyata müsbət münasibət bildirib.
O, həlak olan israilli hərbçi Arnon Zamoranı qəhrəman adlandırıb və İsrailin hərəkətləri ilə fəxr etdiyini qeyd edib.
Qalkin Qəzza zolağında ərzaq çatışmazlığı ilə bağlı məlumatları da şübhə altına alıb, HƏMAS-ın açıqladığı ölüm sayının doğruluğuna şübhə ilə yanaşıb.
Bundan sonra İstanbulda sənətçinin konsertinin ləğvi ilə bağlı çağırışlar səsləndirilib.
Yerli fəallar bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və İstanbul rəhbərliyinə müraciət ediblər.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra Maksim Qalkin Rusiya hakimiyyətinin fəaliyyətini tənqid edib və həyat yoldaşı Alla Puqaçova, eləcə də övladları ilə birlikdə ölkəni tərk edib.
Daha sonra ailə Kiprə köçüb və hazırda orada yaşayır.
2023-cü ildə İsrail-Fələstin münaqişəsi kəskinləşdikdən sonra Qalkin həyat yoldaşı ilə birlikdə İsrail xalqına dəstək olmaq istədiklərini açıqlayıb.
Sənətçi İsrailə kömək məqsədilə qan verə biləcəyini də deyib.
Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı "Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları “Emmi” mükafatının izlənmə sayında azalma baş verdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 19 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















