Icma.az
close
up
RU
Tanınmış vəkil qızı ilə bağlı ittihamlara cavab verdi: “Nə çəkibsə, əcəb eləyib”

Tanınmış vəkil qızı ilə bağlı ittihamlara cavab verdi: “Nə çəkibsə, əcəb eləyib”

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ağrını başa düşmək olmur, onu ancaq hiss etmək olur, əgər o ağrını yaşayırsansa. Allah heç kəsə yaşatmasın”.

Ölkə.az xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev qızı Zəhra Mehdizadənin yol qəzasında ölümü ilə bağlı bildirib.  

O bildirib ki, qəzaya səbəb olan sürücünün günahkar olub-olmaması araşdırmalardan sonra aydınlaşacaq:  

“Ağ rəngli “Mercedes”in sürücüsünün təqsiri barəsində indi bunları demək mümkündür: yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır, əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, - o bagajını açmalı idi və avtomobilin arxasında xəbəredici işarə qoymalı idi. Bundan başqa, onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq.

Yox əgər sürücü avtomobilində olan nasazlıq haqda məlumatlı olubsa - bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbərdaredici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır”.

Tanınmış vəkilin sözlərinə görə, mərhum qızı aktrisa, model olmağa çalışırdı:

“Mən o seçimini dəstəkləmirdim. Bunla bağlı nə videolar çəkibsə, yaxşı, əcəb eləyib. 17 yaşı vardı, çox yaradıcı idi. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır və yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən mərhum olduqlarını göstərir”.

Qeyd edək ki, F.Mehdiyevin qızı iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzası nəticəsində ölüb. 

Zəhra Mehdizadənin idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri