Tanınmış venesuelalı yarımmüdafiəçi kareyarasını başa vurdu
Icma.az, sport24.az saytına istinadən bildirir.
Tanınmış venesuelalı yarımmüdafiəçi Tomas Rinkon peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
38 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Hamburq", "Cenoa", "Yuventus", "Torino", "Sampdoriya" və "Santos"un formasını geyinib.
Rinkon "Yuventus"un heyətində 2016–2017-ci illər mövsümündə İtaliya çempionluğu və ölkə kubokunu qazanıb.
Venesuela millisində 143 oyun keçirən Rinkon ölkə tarixində yığmada ən çox forma güyinən futbolçusudur. O, həmçinin Venesuelanın "Copa America" turnirində yarımfinala yüksəlməsinə töhfə verib. Bu, ölkənin qitə səviyyəsində əldə etdiyi ən yaxşı nəticə olub.
Baxış sayı:70
Bu xəbər 17 Sentyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















