Icma.az
close
up
RU
Tanınmış yazıçı jurnalist Şərif Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib AZƏRTAC

Tanınmış yazıçı jurnalist Şərif Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyində “Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış yazıçı-jurnalist Şərif Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Borçalı"İctimai Birliyinin sədri Dəyanət Osmanlı yubilyarın keçdiyi həyat yoluna qısaca nəzər yetirib, onun yaradıcılığının özünəməxsusluğu ilə bağlı bir sıra məqamlara toxunub.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Birliyin Şərif Kərimliyə ünvanladığı təbrik məktubunu oxuyub, yazıçıya yeni yaradıcılıq uğurları arzulayıb.

Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Knyaz Aslan yazıçının ədəbi, ictimai fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Bir-birindən maraqlı, məzmunlu çıxışlarla zəngin olan tədbirdə müasir Azərbaycan nəsrinin, eləcə də milli mətbuatının inkişafında yazıçı-jurnalist Şərif Kərimlinin məhsuldar əməyi, orijinal yazı üslubu qeyd olunub. Yazıçının yaradıcılığının məhsulu olan klassik el pəhləvanlarının həyat və fəaliyyətindən bəhs edən sənədli povest və romanların geniş oxucu marağına səbəb olması və vaxtilə bu kitabların 30-40 min tirajla yayımlanması tədbir iştirakçısı olan tanınmış yazıçılar, jurnalistlər tərəfindən xüsusi marağa və müzakirələrə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun “Pəhləvanlıq mədəniyyəti: ənənəvi zorxana oyunları, idman və güləş” kimi qədim tarixi-milli dərinliklərdən qaynaqlanan və xalqımıza məxsusluğu şübhə doğurmayan bu dəyərlərin Qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində Şərif Kərimli yaradıcılığının da müsbət rol oynadığı xüsusi vurğulanıb.

Sonda yazıçının "Pəhləvanın taleyi" adlı yeni kitabı oxuculara hədiyyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri