Icma.az
close
up
RU
525 ci qəzet Tanınmış yazıçı jurnalist Şərif Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib

525 ci qəzet Tanınmış yazıçı jurnalist Şərif Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Birliyində “Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış yazıçı-jurnalist Şərif Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Borçalı"İctimai Birliyinin sədri Dəyanət Osmanlı yubilyarın keçdiyi həyat yoluna qısaca nəzər yetirib, onun yaradıcılığının özünəməxsusluğu ilə bağlı bir sıra məqamlara toxunub.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Birliyin Şərif Kərimliyə ünvanladığı təbrik məktubunu oxuyub, yazıçıya yeni yaradıcılıq uğurları arzulayıb.

Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Knyaz Aslan yazıçının ədəbi, ictimai fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Bir-birindən maraqlı, məzmunlu çıxışlarla zəngin olan tədbirdə müasir Azərbaycan nəsrinin, eləcə də milli mətbuatının inkişafında yazıçı-jurnalist Şərif Kərimlinin məhsuldar əməyi, orijinal yazı üslubu qeyd olunub. Yazıçının yaradıcılığının məhsulu olan klassik el pəhləvanlarının həyat və fəaliyyətindən bəhs edən sənədli povest və romanların geniş oxucu marağına səbəb olması və vaxtilə bu kitabların 30-40 min tirajla yayımlanması tədbir iştirakçısı olan tanınmış yazıçılar, jurnalistlər tərəfindən xüsusi marağa və müzakirələrə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun “Pəhləvanlıq mədəniyyəti: ənənəvi zorxana oyunları, idman və güləş” kimi qədim tarixi-milli dərinliklərdən qaynaqlanan və xalqımıza məxsusluğu şübhə doğurmayan bu dəyərlərin Qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində Şərif Kərimli yaradıcılığının da müsbət rol oynadığı xüsusi vurğulanıb.

Sonda yazıçının "Pəhləvanın taleyi" adlı yeni kitabı oxuculara hədiyyə olunub. (Xalqqazeti.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 02:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri