Icma.az
close
up
RU
Tanınmış yazıçının keçmiş xanımı aldadıldı Notarius rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq

Tanınmış yazıçının keçmiş xanımı aldadıldı Notarius rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Yazıçı-publisist Murad Köhnəqalanın keçmiş həyat yoldaşı Zərəngiz Qasımovanın 3 sot torpağı dələduzluq yolu ilə əlindən alınıb, məsul şəxslər isə hələ də məsuliyyətə cəlb olunmayıb.

Bu barədə Bakupost.az -a o özü məlumat verib.

M.Köhnəqalanın sözlərinə görə, Zərəngiz Qasımovaya torpaq qonşusu İlkin Hümmətov onun Abşeron rayonu, Məmmədli qəsəbəsində 0,03 ha torpaq sahəsini almaq istədiyini bildirib. Lakin dəyərindən aşağı qiymət təklif etdiyindən Zərəngiz Qasımova hər dəfə satışdan imtina edib:

“Bir gün İlkin Hümmətov oğluma zəng edərək “Sizin torpağı həyət evi ilə dəyişmək istəyən adam var, gəlin sizi tanış edim” deyib. Oğlum anası ilə birlikdə özünü İlkin Hümmətovun dostu kimi təqdim edən və torpağı öz həyət evi ilə dəyişmək istəyən Dövlətov Cavanşir Duvangir oğlunun təklifi ilə onun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsində tikilmiş həyət evinə baxmağa gediblər. Oğlumgil evi bəyənib, öz torpaq sahələri ilə dəyişməyə razılaşıblar. İlkin Hümmətov alqı-satqı üçün hər iki tərəfi doğma əmisi Ramiz Hümmətovun notarius rəisi işlədiyi Binədə yerləşən 31 saylı Notariat Kontoruna gətirib”.

Şikayətçi bildirir ki, alqı-satqı prosesində Dövlətov şəxsən iştirak etməyib, əməliyyat onun səlahiyyətli nümayəndəsi İbrahimov Teymur vasitəsilə həyata keçirilib:

“Cavanşir öncədən Zərəngiz Qasımovaya Məmmədli qəsəbəsindəki ona məxsus 3 sot torpağı özünün yox, İlkin Hümmətovun həyat yoldaşı Hümmətova Gülüstan Bəşir qızının adına keçirməyi təklif edib. Cavanşir buna səbəb kimi İlkinə pul borcu olduğunu göstərib. İlkin də bunu təsdiq edib. Alqı-satqı prosesindən dəqiq anlayışı olmayan Z.Qasımova heç nədən şübhələnməyərək onların dedikləri ilə razılaşıb.

31 saylı Noitariat Kontorunun rəisi, İlkinin əmisi Ramiz Hümmətov Z.Qasımovadan simvolik alqı-satqı prosesində iştirak etməyi xahiş edib. Belə ki, Ramiz Hümmətov Zərəngiz Qasımovaya 6 min manat verərək, pulu kamera altında saymağı təklif edib. Zərəngiz Qasımova heç nədən şübhələnməyərək həmin məbləği sayıb və çəkiliş bitdikdən sonra Ramiz Hümmətov pulu ondan geri alıb.

Beləliklə, əvvəlcədən düşünülmüş “ssenari” baş tutub. 27.09.2022-ci il tarixdə Qasımova Zərəngiz ona məxsus torpağı guya, Gülüstan Hümmətovaya 6 min manata “satıb”. Əvəzində isə Cavanşir Dövlətovun Biləcəri qəsəbəsində ona göstərdiyi mənzili “alıb””.

Şikayətçinin dediyinə görə, az müddətdən sonra məlum olub ki, 31 saylı Notariat Kontorunun rəisi Ramiz Hümmətovun təsdiq edib möhür vurduğu alqı-satqı müqaviləsindəki Dövlətov Cavanşirə məxsus göstərilən ev tamamilə başqa şəxsə məxsusdur:

“Beləliklə, Notariat kontorunun rəisi Ramiz Hümmətov, onun qardaşı oğlu İlkin Hümmətov və fırıldaqçı Cavanşir Dövlətov əlbir olub keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın 3 sot torpağını dələduzluq yolu ilə əlindən alırlar.

Bundan əlavə, Zərəngiz Qasımova dəfələrlə evin təmiri üçün bank hesabı vasitəsilə Cavanşir Dövlətovun həyat yoldaşının adına pul vəsaitləri göndərib. Göndəriş çekləri zərərçəkəndədir.

Zərəngiz Qasımova aldadıldığını başa düşəndə polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, o, Cavanşir Dövlətovun yeganə qurbanı deyil. Belə ki, Cavanşir dələduzluq və fırıldaq yolu ilə bir neçə vətəndaşı aldadaraq pulunu və əmlakını mənimsəyib".

“Cavanşir Dövlətov işi” ilə bağlı Abşeron Rayon məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə 15.04.2025 və 30.04.2025-ci il tarixlərdə iki məhkəmə prosesi keçirilib. Lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarının heç birində iştirak etmədiyindən məhkəmə Cavanşir Dövlətov barəsində axtarış elan edib.

Polis idarəsindən Z.Qasımovaya bildirilib ki, Cavanşir Dövlətov bəzi zərərçəkənlərə vurduğu ziyanı ödəyib. Lakin Zərəngiz Qasımovaya bu günədək heç bir məbləğ ödənilməyib, üstəlik, yeganə əmlakı olan 3 sot torpağı da əlindən alınıb və geri qaytarılmır.

"Sizin saytınız vasitəsilə Ali Məhkəmənin sədri cənab İnam Kərimova müraciət etmək istəyirəm. Ondan zərərçəkmişə - Zərəngiz Qasımovaya məxsus torpağın geri qaytarılması və məsul şəxslərin ədalət qarşısına çıxarılmasını xahiş edirəm".

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri