Tanışına 17 bıçaq vuran şəxsin cəzası azaldıldı KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali Məhkəmədə Xaçmazda tanışını öldürməyə cəhddə təqsirləndirilən Faiq Cəbrayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az bildirir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilib, məhkumun əməli Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilib. Faiq Cəbrayılova 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, Hadisə 2024-cü il martın 2-də Xaçmaz rayonunun Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verib.
Faiq Cəbrayılov aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd edib.
Onun bu əməli törətməsinə səbəb Kamran Niftəliyevin sərxoş vəziyyətdə onu təhqir etməsi olub. Hər iki şəxs kafedən uzaqlaşdıqdan sonra zərərçəkmiş şəxs həmin mübahisəyə görə Faiq Cəbrayılova kiçik xəsarət yetirib.
Bu zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi kəsici-deşici alətlə qəsdən ümumilikdə 17 dəfə ardıcıl zərbə vuraraq Kamran Niftəliyevi öldürməyə cəhd edib.
Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Cəbrayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib.
(pravda.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Yanvar 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















