Icma.az
close
up
RU
Tanışını 50 manata görə öldürən şəxslə bağlı QƏRAR

Tanışını 50 manata görə öldürən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində 50 manata görə tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Rauf Salayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonunda qeydə alınıb.


Belə ki, Rauf Salayev 50 manat pula görə tanışı Qoşqar Qarazadə ilə dava edib. Bu zaman o, onları ayırmağa gələn Həsən Hudulovu bıçaqlayaraq öldürüb.


Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov 

seeBaxış sayı:21
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri