Icma.az
close
up
RU
Tanışını qətlə yetirərək xuliqanlıq edən şəxslərlə bağlı QƏRAR

Tanışını qətlə yetirərək xuliqanlıq edən şəxslərlə bağlı QƏRAR

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham olunan İmanverdi Quluzadə və xuliqanlıqda təqsirləndirilən Şahin Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Şahin Əhmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Qeyd: 2023-cü il iyulun 29-da 1997-ci il təvəllüdlü Bəkir Qənbərovun qəsdən öldürülməsi faktı üzrə Suraxanı rayon prokurorluğunda cinayət işinin başlanıb.
 

İstintaqla İmanverdi Quluzadənin qeyd edilən tarixdə əvvəllər qeyri-rəsmi arvadı olmuş Səbinə Həsənovanın yaşadığı, rayonun Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə zor tətbiq etməklə qanunsuz daxil olmasına, daha sonra tanışı Şahin Əhmədovla qabaqcadan əlbir olmaqla Səbinə Həsənovanın yaşadığı evin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq qərəzli xuliqanlıq hərəkətləri etməsinə və S.Həsənovanın qeyri-rəsmi münasibətdə olduğu Bəkir Qənbərovu bıçaqla bədəninin müxtəlif nayihələrinə vuraraq xəsarətlər yetirib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


İmanverdi Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4, 157.2 və 221.3-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə, zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma, silah qismində istifadə olunan əşyalardan istifadə etmə xuliqanlıq törətmə) maddələri ilə, Şahin Əhmədova isə həmin Məcəllənin 157.2 və 221.2.1-ci (zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma və bir qrup şəxs halında xuliqanlıq törətmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Məhkəmənin hökmü ilə İmanverdi Quluzadə 17 il və Şahin Əhmədov isə 2 il müddətə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see115

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see112

Bir gündə 784 reys

03 İyun 2025 08:42see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri