Icma.az
close
up
RU
Meyiti ortada qalmış Tanrı...

Meyiti ortada qalmış Tanrı...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Sovetin vaxtında bir şeirə seçilmiş epiqraf hələ də yadımda qalıb: hökmdarlar şairləri anlayanda - başa düşəndə onları edama göndərirlər.

İndi də hərdən bu sözlər yadıma düşür. Başlayıram lap əvvəlcə bütün Qərb şairlərini, yazçılarını - Homeri, Servantesi, Danteni, Şekspiri, Höteni, Bayronu, Heyneni və başqalarını kino kadrları kimi gözümün önündən keçirməyə. Amma hansınınsa hökmdarlarla hansısa ciddi problemini yada sala bilmirəm.

Keçirəm Şərq ədiblərinə - Firdovsiyə, Nizamiyə, Füzuliyə, nə bilim, Axundova, Mirzə Cəlillə, hətta Sabirə! Bu adamların da onda bilavasitə

hakimiyyətlə, hökumətlə ciddi problemi olmayıb axı! Əvvəllər sarayların zinəti "ədəbi məclislər” olurmuş. Bircə Nəsiminin problemi (başqasını yada sala bilmirəm!) olub, amma bu xüsusda da hələ çox mübahisələr gedir, necə ki, hələ də insanlar müzakirələr edirlər ki, İsa peyğəmbərin edamına görə romalıları, İudeya hökmdarı Pontiy Pilatı qınamaq lazımdır, yoxsa yəhudi ravvinlərini?

Bizim ədiblərin də ruslar kimi problemləri Sovetlərin dövründə başlayıbdır – hətta rus çarları da bəzi şairləri uzağı, Qafqaza–filana əsgərliyə göndərərdilər! Düzdür, Dostoyevski kimi katorqa yaşayan da olub, amma əsərlərinə görə göndərmşmişdilər ki! Əksinə, bəzi yazılanlara görə, adam bir az ağıllanandan - müdrikləşəndən sonra hətta çarın övladlarına tərbiyəçilk edir, özü də çox monarxist-slavyanistmiş.

Yəni hara çevirirsən çevir, görürsən ki, yenə də şairləri, yazıçıları son anda başa düşən, anlayan hökmdarlar olub, ən azı ona görə ki, məşhur

məsəl bir var, deyir ki, zər qədrini zərgər bilər...

Vaxtilə bir rəvayət danışırdılar. Əlbəttə, Füzuli heç vaxt zindanda–filanda olmayıb, amma deyirdilər ki, guya şairi məhbəsə atıblarmış və o, bir dəfə görür ki, bir sadə məhbus hey ona baxıb gözünün yaşını axıdır. Şair dözməyib soruşur ki, sənə nə olub? Məlum olur ki, sadə adam çobanmış və bilirsiniz, guya o, Füzuliyə nə deyib?

"Sənin saqqalın mənə keçimin saqqalını xatırladır!.."

Düşünürəm, şərhə ehtiyac yox, amma əlbəttə, bir rəvayətdir bu. Belədə isə digər məşhur məsəli xatırlamırsınızmı? Füzuli dərd əlindən

dağa çıxdı, dedilər, bəxtəvər yaylağa çıxdı...

Odur, şair qardaşlar, hökmdarların ətəyindən bərk yapışın, sizi başa düşsə, yenə də onlar düşəcək, "sadə camaat” deyilən toplumdan heç nə gözləməyin: bunlar yüz illər bundan əvvəl biri –birini itələyə-itələyə Yan Qus üçün qalanmış tonqala odun atanlardır, axsaya-axsaya, edama aparılan Baba çatmağa çalışanlardır ki, ona daş ata bilsinlər, bundan da xeyli əvvəl İsanı daş-qalaq edənlər, Sokrata zəhər içirdənlərdir...

Bəlkə də bütün bu sözlərin hətta xaraktercə belə çox demokrat olan adamın dilindən səslənməsi qəribə görünəcək, amma təəccüblü bir şey yox.

Özümüzü "elitar-aristokratik" düşüncəli, ya xasiyyəli adam saymırıq, yox, İsa peyğəmbərin həvariləri hansısa seçilmiş intellektuallar, aristokratlar deyildi. Məhəmməd peyğəmbərin sevdiyi adamlardan biri ilk azançı Bilal idi. Bəs Bilal kim idi? Qul ailəsindən çıxmış, ayağıyalın afrikalı zənci-həbəş...

Amma demokratiyaya gələndə, totalitar, hətta elektoral demokratiya kimi anlayışlar var. Hələ yüz illər bundan əvvə avropalı intellektuallar, bundan da xeyli öncə Platonlar, Aristotellər xəbərdarlıq edirdilər ki, çoxluğun hətta "demokartik hakimiyyəti" çoxluğun tiraniyasına çevrilər!

Volter Russoya yazırdı ki, sənin kitablarını oxuyanda adam vəhşi heyvan kimi əlləri üstündə yerimək istəyir. Tək düzgün seçki hər şeyi həll etsəydi Almaniyada Hitler hakimiyyətə gəlməzdi, əsl demokratiya üçün seçkidən başqa da nəsə tələb olunur, amma nə edəsən ki, indinin özündə belə bəzi ökələrdə də heç bu da yoxdur. Ağıllı insanlar demirmi ki, demokratiya azad və savadlı xalqın hakimiyyətidir!..

Bəli, belədə isə mexaniki çoxluq elə qaragüruhdur! Volter bütün böyük inqilabların ideoloqu sayılır, amma adam yazırdı ki, kütlədən qorxuram, onlar mənim kitablarımı yandıracaqlar! Məgər belə olmadı? Almaniyada kitablardan tonqal qalanmadılarmı?

Ona görə azadlıq, savad olmayanda "sadə camaat” çevrilib olur "qara camaat”. Vəssalam! Və bir çox hallarda ÇOXLUĞUN SÜKUTUNU elə ÇOXLUĞUN SEÇİMİ kimi də qəbul etmək lazımdır.

Özümüzün ən yaxın tariximizdən misal yadıma düşür. İllər öncənin söhbətidir. Bir müxalifətçilə rəhmətlik jurnalist Elmarın yasına gedirdik. Metrodan çıxanda müxalifətçi dostum rayonlu tanışına rast gəldi və xoş-beşdən sonra dedi ki, filankəs, alçaq adamlar Elmarı öldürdülər! Sadə "rayon adamı” bilirsinizmi, qayıdıb nə dedi? Yəqin nəsə günahı varmış!..

Bax, "sadə camaat” deyilən şey budur. Bir dəfə yazmışdım ki, hətta Danko kimi ürəyini çıxarıb bunlar üçün məşəl etsən belə yenə sənə nifrət

edəcəklər ki, niyə sən bunu edə bilirsən, bizsə bacarmırıq?

Adam yaşlaşmağa başlayanda daha çox keçmişlə yaşayır. Mən də beynimdə hey keçmiş hərəkatımızı, hərəkatçılarımızı çək-çevir edir və düşünürəm. Aralarında səmimi, həqiqətən də fədakar adamlar çox idi, amma çoxu elə doğrudan qaragürüh, xəbis təbiətli, paxıl, qeyri-obyektiv, iddiası məzmunundan on dəfələrlə böyük olan adamlar idi...

Sonradan bu, genişlənib sosial bəla oldu. Məsələn, indi ölkədə kitab oxumayan adamların hamısı "kitab” yazıb, kimi dindirirsən, qayıdır ki, "kitabım” belə oldu, elə oldu!

Siyasət, ictimai elmlər bir yana, Sovetin dissidentləri, xüsusən də ədibləri haqda əvvəllər çox pafoslu şeylər yazılırdı. Axırda rus filoloqları bilirsinizmi, nə yazdı?

Gəlin, "dahi” sözünü ucuzlaşdırmayaq, vacib deyil, hər əsrdə, hətta hər nəsildə "dahi”lər olsun, bəzən müəyyən səbəblərdən "qısır nəsillər” də olur, həm də heç də hər il Puşkin, yaxud Lermontov doğulmur...

Bir "sadə hərəkatçı”yla söhbətim yadıma düşür. Doktorant olmuş bir nəfərdən söz düşdü. Dedim ki, mənə də çox təklif edirlər, hətta təkid edənlər də var. Bilirsiniz, həmsöhbətim nə dedi? "Doktrorant olsaydın sənə salam verməzdim!". Qərəz, məlum oldu, bu adam mənə yalnız ona görə salam verir ki, məni də ÖZÜ KİMİ UĞURSUZ sayır!..

İndi də qaragüruhçuluqdur, hər şey kiçik "siyasi dükan"lara çevrilib, hələ də təlimat budur ki, bəzi adamlara heç bir halda imkan vermək olmaz, çünki onlar camaata nəsə ağıllı söz deyər. Yox, qəti olmaz, ona görə ki, miflər dağılar, maket pozular!

Ən yaxşı halda əvvəllərdə olduğu kimi işarə edirlər ki, sən yaz, danış, nəsə et, bizsə həmişə olduğu kimi pul qazanaq, ad-san sahibi olaq: bəli, guya biri hakimiyyətyönümlü, digəri müxalifətçidir, üçüncü isə müstəqildir, di gəl, hamısını bəzi adamlara qarşı eyni təlimat birləşdirir və səbəbsiz, təsadüf deyil bu...

Ona görə də heç "sadə insanlar”dan da qəti nəsə ummayın. Boş şeydir!

"Öz vətənində peyğəmbər olmur” sözləri də boşdan yaranmayıb. Belədə, guya peyğəmbərlər xoşbəxt olublar?

Qətiyyən asilik olmasın, amma biz-adi insanlar hətta Tanrımızdan nə gördük? Nə olur, deyirlər ki, səbrli olun, Tanrı sizi sınayır! Olsun!

Neyləyə bilərik? Tanrıyla savaşası deyilik ki! Amma bir sual adamı rahat buraxmır: Tanrı sınamaqçün beş-on bədbəxtdən qeyrisini tapmır?..

O biri tərəfdən də düşünürsən ki, yazıq Tanrı özü heç bu insanlarla bacardımı? İSAYA onun OĞULU deyirdilər, amma qoruya bilmədi insanlardan! Neçə KİTAB göndərdi. Oxuyan, hətta əzbərləyən çox oldu,

ƏMƏL EDƏN olmadı. Odur ki, hələ 150 il öncə Nitşe ALLAH ÖLÜB yazırdı, sadəcə, ALLAHI dəfn etməyin yolu və üsulu tapılmayıb, meyiti

ortada qalıbdır...

Hüseynbala Səlimov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Aprel 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see534

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see512

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see490

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see403

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see329

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see320

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see319

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see274

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see251

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see250

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see226

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see225

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see217

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see194

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see185

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see184

“İnsanlar Marsa getmir” Bakı Tiflis qatarının qiymətinə sərt REAKSİYA KONKRET

08 İyul 2026 16:49see176

Milli maraqlar naminə fövqəladə missiya

09 İyul 2026 00:54see173

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see169

Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09 İyul 2026 01:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri