Icma.az
close
up
RU
TAP ın idarəedici direktoru boru kəmərinin genişləndirilməsinin ilk mərhələsindən danışıb

TAP ın idarəedici direktoru boru kəmərinin genişləndirilməsinin ilk mərhələsindən danışıb

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Trans-Adriatik Qaz Kəmərinin (TAP) genişlənməsinin ilk mərhələsinə nail olmaq üçün lazımi işlər hər hansı gecikmə olmadan aparılır.

Bunu TAP-ın idarəedici direktoru Luka Skyeppati Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

"Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 11-ci iclasında iştirak edirik - bu Cənub Qaz Dəhlizinin həm region üçün, həm də onun hüdudlarından kənarda vacib bir infrastruktur kimi strateji əhəmiyyətini vurğulamaqla müxtəlif Avrasiya ölkələri, beynəlxalq təşkilatlar və TAP kimi korporasiyaların nümayəndələrini bir araya gətirən vacib bir tədbirdir", - deyə o qeyd edib.

Skyeppati bildirib ki, Cənub Qaz Dəhlizinin Avropa zənciri sayılan TAP konsorsiumunun nümayəndələri uzun illərdir ki, bu tədbirdə mütəmadi şəkildə iştirak edirlər.

"Builki iştirakımız enerji təhlükəsizliyi və karbonsuzlaşdırma arasında olan balansa sadiqliyimizi bir daha təsdiqləmiş olur. Dörd il əvvəl kommersiya istismarı başlanandan bəri TAP Avropaya 45 milyard kubmetrdən çox təbii qaz tədarük etməklə, Yunanıstanın qaza olan tələbatının 18%-ni təmin edib və İtaliyanın 2024-cü ildə qaz idxalının 15%-dən çoxuna cavabdeh olub. Təbii qazın etibarlı tədarükünü təmin etməklə TAP azkarbonlu gələcəyə keçiddə mühüm rol oynayır, yüksəkkarbonlu enerji mənbələrinin əvəzlənməsinə və Avropanın "yaşıl" sazişinin hədəflərinə nail olmağa dəstək olur", - deyə idarəedici direktor bildirib.

O qeyd edib ki, Avropanın 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq hədəfini nəzərə alaraq, TAP qitənin enerji keçidində mühüm rol onyamaq baxımından əlverişli mövqeyə malikdir.

"Müəyyən şərtlərdə TAP hidrogen və biometan kimi bərpaolunan qazların nəqlinə adaptasiya oluna bilər ki, bu da regionun karbonsuzlaşdırma səylərinə töhfə olacaq. Biz, eyni zamanda, öz əməliyyatlarımızda karbon izlərinin azaldılmasında mühüm uğurlara nail olmuşuq. Misal üçün, TAP-ın istixana qazları emissiyalarının azaldılması ilə bağlı qısamüddətli hədəflərini ehtiva edən 2022-2025-ci illər üzrə karbon emissiyalarının idarəolunması Planımız çərçivəsində biz ümumi tullantıların 20% ixtisarına nail olmuşuq, 2024-cü ildə isə illik proqnozlarla müqayisədə metan tullantılarının 58%-ə qədər əhəmiyyətli ixtisarını həyata keçirmişik", -deyə idarəedici direktor bildirib.

Skyeppati hesab edir ki, TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində vacib rol oynaya və öz cari ötürücülük qabiliyyətini tədricən illik 10 milyard kubmetrə çatdırması sayəsində karbonsuzlaşdırma səylərinə böyük töhfə verə bilər.

"TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində və bizim etibarlı təbii qaz tədarüklərinin təmin olunması, bərpaolunan qazların potensial inteqrasiyası və Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın davam etdirilməsi hesabına karbonsuzlaşdırma səylərinə dəstəkdə vacib rol oynamağa davam edəcək", -deyə o əlavə edib.

TAP-ın genişləndirilməsi prosesi

Skyeppati qeyd edib ki, TAP-ın illik təxminən 10 milyard kubmetr olan uzunmüddətli gücü əvvəlcə 2013-cü ildə 25 illik müddətə bağlanmış qaz nəqli üzrə uzunmüddətli müqavilələr əsasında yükgöndərənlər arasında bölüşdürülüb. Bu müqavilələr layihəyə investisiyaların təmin olunması üçün vacib idi.

"Ancaq biz qaz kəmərinin cari ötürücülük qabiliyyətini tədricən genişləndirsək, TAP Avropanın enerji təhlükəsizliyinə və karbonsuzlaşdırma hədəflərinə daha böyük töhfə verə bilər. TAP-ın əlavə gücləri bazara hər iki ildən bir keçirilən müntəzəm bazar sınaqları çərçivəsində, bazarın marağı olduğu halda təklif olunur.

2021-ci ildə keçirilən bazar sınağının nəticələrinə əsasən, 2024-cü ilin yanvar ayında yekunlaşan məcburi müraciətlər qəbul edilib və bu, 2026-cı ilin əvvəlindən etibarən qaz kəmərinin gücünü illik əlavə 1,2 milyard kubmetr həcmində artırmağa imkan verəcək. Genişləndirmənin birinci mərhələsinin yerinə yetirilməsi üçün tələb olunan işlər hər hansı ləngimə olmadan həyata keçirilir", - deyə Skyeppati vurğulayıb.

O əlavə edib ki, genişləndirmənin birinci mərhələsi gələcəkdə gücün daha da artırılması üçün zəmin yarada bilər və bu proses növbəti bazar sınaqlarında iştirak vasitəsilə mərhələli şəkildə həyata keçirilə bilər.

"2023-cü ilin bazar sınağı hələ də davam edir. Genişləndirmənin mümkünlüyü və onun həcmi sınağın nəticələrinə əsasən müəyyən ediləcək. Hazırda TAP irəli addımlamağa davam edir və gözlənilən bazar tələblərinə cavab vermək üçün lazımı hazırlıq işlərini aparır. Ələlxüsus biz müxtəlif genişləndirmə ssenariləri üçün kompressor stansiyalarının konseptual layihələndirilməsi üzərində iş aparırıq. Eyni zamanda, elektrik mühərrikli kompressorların istifadəsinə əsaslanan gələcək genişləndirmə mərhələləri üçün konsepsiyalar hazırlayırıq", - deyə idarəedici direktor əlavə edib.

Hidrogen nəqlinin sınağı

Biz təbii qaz və onun hidrogenlə qarışığının orta və uzunmüddətli nəqlinə hazırlıq məqsədilə artıq yol xəritəsi hazırlamışıq. 2021-ci ildə TAP-ın hidrogen nəqlinə nə dərəcədə hazır olması üzrə aparılmış ilkin araşdırma onun gələcəkdə bu cür qatqıların nəqli baxımından potensiala malik olduğunu təsdiqləyib. Hazırda biz beynəlxalq laboratoriyada boru kəməri materiallarının sınaqlarını həyata keçirməkdəyik. İlk nəticələr 2024-cü ilin dördüncü rübündə əldə olunub və hazırda qiymətləndirmə prosesi davam edir. Artıq növbəti sınaq mərhələsi də başlayıb və nəticələrin bu il ərzində bəlli olacağı gözlənilir. Materiallar üzərində sınaqların yekunlaşmasından sonra onların nəticələri son dərəcə diqqətli şəkildə təhlil olunacaq.

Hidrogen nəqlinin sınağı

Biz təbii qaz və onun hidrogenlə qarışığının orta və uzunmüddətli nəqlinə hazırlıq məqsədilə artıq yol xəritəsi hazırlamışıq. 2021-ci ildə TAP-ın hidrogen nəqlinə nə dərəcədə hazır olması üzrə aparılmış ilkin araşdırma onun gələcəkdə bu cür qarışıqların nəqli baxımından potensiala malik olduğunu təsdiqləyib. Hazırda biz beynəlxalq laboratoriyada borukəməri materiallarının sınaqlarını həyata keçirməkdəyik. İlk nəticələr 2024-cü ilin dördüncü rübündə əldə olunub və hazırda qiymətləndirmə prosesi davam edir. Artıq növbəti sınaq mərhələsi də başlayıb və nəticələrin bu il ərzində bəlli olacağı gözlənilir. Materiallar üzərində sınaqların yekunlaşmasından sonra onların nəticələri son dərəcə diqqətli şəkildə təhlil olunacaq.

Bundan başqa bizim hidrogen nəqli üçün tələb olunan avadanlığımızın (yerüstü qurğular) uyğunluğu üzrə də tədqiqat aparılmaqdadır. Boşluqların aşkarlanması üzrə araşdırmanın (gap analysis) nəticələri də eləcə təyin olunmuş müddətdə nəzərdən keçirilməlidir", - deyə Skyeppati bildirib.

O vurğulayıb ki, bu qiymətləndirmələrin yekunlaşmasından sonra TAP hidrogen nəqlinə nə dərəcədə hazır olduğu ilə bağlı, eynilə qaz qarışığında nəzərdə tutulan hidrogen faiz tərkibinə uyğun mümkün müasirləşdirmə planı ilə bağlı daha dəqiq təsəvvürə malik olmuş olacaq.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri