Icma.az
close
up
RU
TAP “yaşıl enerji” kəmərinə çevrilir

TAP “yaşıl enerji” kəmərinə çevrilir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan Avropaya qazla yanaşı, hidrogen ixracına da hazırlaşır

Bakı Enerji Forumunda Azərbaycanın hidrogen enerjisi istehsalı üzrə potensialı da yüksək dəyərləndirilib. Energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq. Hazırda həmin mənbələrin səfərbər olunaraq yeni enerji portfelinə cəlb edilməsi istiqamətində addımlar atılır. Bu, Azərbaycanın hidrogen ixracı üçün də əlverişli imkanlar yaradır. Xarici enerji konsorsiumları da bu istiqamətdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bəyan edib.

Hidrogen nəqli məsələsi TAP enerji ailəsi üçün də aktuallığını artırmaqdadır. TAP AG boru kəməri şirkəti 2025-ci il ərzində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) infrastrukturunun hidrogen qarışığının nəqlinə hazırlıqla bağlı yeni sınaqlara başlayıb. TAP  konsorsiumunun açıqlamasına görə, hazırda layihənin texniki cəhətdən həyata keçirilməsinin mümkünlüyü qiymətləndirilir. Orta və uzunmüddətli perspektiv üçün yol xəritəsi hazırlanıb və TAP-ın bu sahədəki potensialı təsdiqlənib. Hidrogen nəqlinə hazırlıqla əlaqədar sınaqların ikinci mərhələsi başlayıb və nəticələr 2025-ci ilin sonunadək məlum olacaq. Bundan sonra konsorsium TAP infrastrukturunu tamamilə təbii qaz qarışıqlı hidrogenin nəqli üçün işlək vəziyyətə çatdıracaq.

TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, konsorsium və avropalı alıcılar üçün hazırda əsas mühüm məsələ ənənəvi yanacağın, yəni maye qazın nəqlinin daha çox artırılmasıdır. Bu strateji plana əsasən, TAP-ın illik nəqletmə gücünün 20-30 milyard kubmetrə qədər də artırılması nəzərdə tutulur. Hazırda Azərbaycan TAP kəməri ilə Avropaya ildə 12 milyard kubmetr qaz ixrac edir. Yaxın 5-6 ildə bu rəqəmin 20 milyard kubmetrdən çox olacağı nəzərdə tutulur. Bu məqsədlə kəmərin genişləndirilməsi və imkanlarının artırılması ilə bağlı texniki layihə icra olunur. L.Skyeppati yaxın illərdə təbii qazla bərabər, “yaşıl hidrogen”in nəqli üçün də hazırlıq görüldüyünü vurğulayıb.

İldə 1,2 milyard kub.metr hidrogen nəqli

Qeyd edək ki, hidrogen və bioqaz perspektivli və daha təmiz yanacaq növlərindən hesab olunur. Hidrogen (H2) kainatda ən çox yayılmış maddə və enerji mənbəyi olmaqla, öz yüngüllüyünə görə yer kürəsində molekulyar surətdə nadir rast gəlinir. Hazırda dünyada istehsal olunan hidrogenin əsas hissəsi təbii qazdan alınır. Bu proses zamanı atmosferə karbon qazı emissiyası daha təmiz texnologiya ilə aparılır ki, bu da ekoloji cəhətdən daha sərfəlidir.

Hidrogen həm də adi sudan elektroliz metodu ilə alınır və bərpa olunan enerji metoduna əsaslanır. Bu zaman isə ümumiyyətlə, karbon emissiyası olmur və bu metodla alınan hidrogen ekoloji cəhətdən ən təmiz enerji sayılır. İqtisadi baxımdan qazdan hidrogen alınması o qədər də sərfəli deyil, istehsal prosesi xərcləri çoxdur. Ancaq sudan alınan hidrogenin istehsal xərcləri xeyli aşağıdır və hazırda dünya ölkələri məhz bərpa olunan mənbələrə - yəni su resurslarına əsaslanan hidrogenə daha çox üstünlük verir. Hidrogenin əsas üstünlüyü isə daha yüksək enerjivermə əmsalıdır.

Hidrogen nəqli olduqca çətin hesab edilsə də, müasir nəql və ötürmə sistemləri bu enerjinin də tədarükünü mümkün edir. Bəzi araşdırmalara görə hidrogen təbii qazla birlikdə borular vasitəsi ilə ötürülə bilər. Bu baxımdan TAP-la hidrogenin daşınması ilkin mərhələdə qazla birlikdə həyata keçiriləcək. İlkin ssenariyə əsasən, hidrogenin nəqli TAP-la ötürülən təbii qazın 10 faizini təşkil edəcək. Bu, indiki həcm göstəcisi ilə ildə 1,1-1,2 milyard kubmetrə yaxın hidrogen deməkdir.

Azərbaycanın “yaşıl strategiyası”na uyğun ssenari

TAP-la hidrogen nəqli Azərbaycan hökumətinin də maraqlarına və müasir enerji strategiyasına uyğundur. Respublikamızda həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə “yaşıl enerji” məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Həmin hədəf prinsiplərinə uyğun olaraq, hazırda bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan hidrogen istehsalında daha çox su resurslarına üstünlük vermək niyyətindədir.

Sözsüz ki, TAP kəməri ilə hidrogen nəqlində resurs mənbələri kimi yenə də Azərbaycan əsas təchizatçı olacaq.

Xarici şirkətlərlə “hidrogen sazişləri”

Azərbaycan hidrogen istehsalı üçün xarici şirkətlərlə faydalı əməkdaşlığa başlayıb və bu sahəyə ilkin sərmayə qoyuluşları təmin edilib. 2022-ci ilin dekabr ayında Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” şirkəti arasında “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Eləcə də Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər arasında bərpa olunan enerji məsələləri, o cümlədən aşağı karbon texnologiyaları, “yaşıl hidrogen” istehsalı, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Həmçinin, SOCAR-la İtaliyanın “Snam” şirkəti arasında hidrogen nəqlinin tədqiqinə dair memorandum imzalanıb. Sazişdə iki şirkətin hidrogen və bioqaz istehsalı, həmçinin bu resursların Cənub Qaz Dəhlizi (TAP) üzərindən nəqli imkanlarının araşdırılması öz əksini tapıb.

Beləliklə, Azərbaycan TAP-la yaxın illərdə Avropaya ekoloji təmiz enerjinin - hidrogenin nəqlini də təmin etməklə dünyanın müasir enerji təhlükəsizliyində ən məsuliyyətli və etibarlı ölkə olmasını bir daha təsdiqləyəcək.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri